Azərbaycan- Gürcüstan sərhədində ajiotaj

img

08-08-2013 [21:41]


Bu gün səhər saatlarından etibarən Azərbaycan-Gürcüstan sərhədindəki Qırmızı körpüdə uzun növbə yaranıb. 

AzNews.az-ın sərhəd buraxılış məntəqəsində olan əməkdaşının verdiyi məlumata görə, çox sayda nəqliyyat vasitəsi və şəxs sərhədi keçib Gürcüstana getmək üçün növbə gözləyir.

Növbənin uzunluğunun 2 km-ə yaxın olduğu bildirilir. Sərhəd-buraxılış məntəqəsində uzun növbənin yaranmasına səbəb Ramazan bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olmasından istifadə edib qonşu ölkəyə dincəlmək üçün gedənlərin sayının həddindən artıq olmasıdır.

Ancaq buraxılış məntəqəsindəki növbələr qonşu ölkəyə səfər edənlərin heç də hamısının bu gün istəyini reallaşdıra bilməyəcəyini söyləməyə əsas verir.

Əməkdaşımızın sözlərinə görə, iki ölkə arasındakı sərhəd-buraxılış məntəqəsində növbə gözləyənlərin sayı getdikcə artır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA