İkinci Qurup üzrə rekord qıran Kənan Səfərli Qafqaz Universitetini seçdi

img

08-08-2013 [17:01]


Avqustun 3-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ikinci ixtisas qrupu üzrə qəbul imtahanı keçirib. 

Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Qubada keçirilmişdir. Ümumilikdə 2013-cü ildə ikinci qrup üzrə 23 min 52 abituriyent ərizə təqdim etmişdir. Onlardan 20 min 544 nəfəri Azərbaycan bölməsinin, 2 min 508-i isə rus bölməsinin məzunudur. II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 23052 abituriyentdən 718 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən 22334 abituriyentdən 34 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir.  Ən yüksək nəticə - 690 bal olmuşdur. Yüksek nəticəni göstərən abituriyent  Bakı şəhəri Nizami rayonunda yerləşən 277 saylı məktəbin şagirdi Kənan Səfərlidir. O ikinci qrup üzrə rekord  qıraraq Qafqaz Universitetinin sənayenin təşkili fakultəsini  seçib. Kənan: "Qafqaz Universitetini seçməyimin bir çox səbəbləri var. Neçə ildir universitetlərə qəbul olan yüksək bal toplayan abituriyentləri izləyirdim. Onlar da Qafqaz Universitetini seçiblər. Mənim də arzum Qafqaz Universitetində oxumaq idi. Çoxları bilir ki, Qafqaz yalnız diplom verən bir universitet deyil əsl elm verən təhsil ocağıdır. Elə buna görə həmin universiteti seçdim. Məncə, Qafqaz Universiteti mənim həyat yolumdu”.

Qafqaz Universitetinin mətbuat xidməti.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA