08-08-2013 [16:23]
Moskvanın "Şeremetev" Hava Limanında bir neçə həftə "ilişib qalan" ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq əməkdaşı Edvard Snoudenə Rusiyanın sığınacaq verməsi Vaşinqtonun siyasi dairələrində is-terikaya səbəb olub. Doğrudur, Ağ Ev mümkün qədər təmkinli davranmağa çalışır və Rusiya ilə münasi-bətləri tamamilə gərginləşdirmək istəmir. Amma Ağ Evdən fərqli olaraq ABŞ Konqressində əsəbilik hökm sürür və konqressmenlər bir-birinin ardınca Rusiyanın ünvanına sərt ifadələr işlədirlər.
Kremlin Snoudenə sığınacaq verməsi ABŞ və Rusiya liderlərinin Moskvada planlaşdırılan görüşünü də şübhə altına alıb. Hətta ABŞ prezidenti Barak Obamanın "Böyük İyirmilər"in (G-20) sentyabr ayında Sankt-Peterburqda planlaşdırılan sammitində iştirakı ilə bağlı müammalar yaranıb. Doğrudur, Ağ Evin mətbuat katibi Cey Karni Moskvanın Snoudenə sığınacaq verməsinə baxmayaraq, Barak Obamanın G-20 sammitində iştirak etmək niyyətində olduğunu bəyan edib. Lakin ekspertlər buna şübhə ilə yanaşır və Obamanın Rusiyaya səfərinin avqust ayı ərzində baş verəcək hadisələrdən asılı olacağını bildirirlər. Əgər iki dövlət arasında gərginlik artsa, o zaman B.Obamanın Rusiyaya səfəri sual altına düşəcək. Hətta münasibətlərdəki indiki gərginlik qalsa belə, G-20 sammitindən sonra ABŞ prezidentinin Moskvaya sə-fər edəcəyi inandırıcı deyil.
Ağ Evin mətbuat katibi Cey Karni də Barak Obamanın G-20 sammitindən sonra Moskvaya səfər edəcəyi ilə bağlı qəti qərarın verilmədiyini bildirib. Karni bəyan edib ki, Ağ Ev indiki vəziyyətdə belə, bu görüşün xeyirli olub-olmayacağını dəyərləndirməyə çalışır.
Qeyd edək ki, hələ Moskva Snoudenə sığınacaq verməzdən əvvəl, ABŞ Rusiyadan bu şəxsi təhvil verməyi qətiyyətlə tələb edirdi. Rusiya tərəfinin formal olaraq "Şeremetev"də - neytral ərazidə olduğunu bəhanə edərək Snoudenin təhvil verilməsinin mümkün olmadığını bildirməsi o zaman başadüşülən olsa da, Moskvanın hazırkı addımı bu dövlətin rəsmi şəxslərinin ABŞ-la münasibətlərin yaxşı olmasına ötən illərdəki kimi həssas yanaşmadığını göstərir. Vaşinqtonda isə belə fikirlər səslənir ki, Moskva Snouden məsələsi ətrafında şou yaradaraq ABŞ-ı alçaltmağa çalışır.
Oyun qaydaları dəyişir
ABŞ-ın nüfuzlu siyasətçilərindən biri, prezidentliyə keçmiş namizəd və konqressmen Con Makkeyin rəsmi Moskvanın Snouden məsələsində atdığı addımın amerikalılara verilən "qulaqburma" olduğunu bəyan edib və Ağ Evi Rusiya ilə münasibətlərə yenidən baxmağa çağırıb. Makkeyn Avropada qurulan Hava Hücumandan Müdafiə Sisteminin tam şəkildə və tezliklə başa çatdırılmasının, eləcə də ЌATO-nun genişlənməsində qərarlı addımların atılmasının vacibliyini bildirib. C.Makkeyn Gürcüstanın ЌATO-ya üzv qəbul edilməsini də tələb edib.
Rusiyaya münasibətdə sərt mövqeyin tərəfdarı olan C.Makkeynin bu mövqeyini Konqressdə bölüşən-lər az deyil. Hətta konqressmen Lindsi Qrem Con Makkeyndən də sərt mövqeyi ilə seçilir. MKİ-nin sa-biq əməkdaşı Snouden Rusiyanın Hava Limanında olarkən Lindsi Qrem bu şəxsə sığınacaq verən ölkəyə qarşı sanksiyalar tətbiq olunmasını nəzərdə tutan qanun layihəsinin hazırladığını bəyan etmişdi. Res-publikaçı konqressmen Lindsi bu ay həmin qanun layihəsini Konqressin aşağı palatasının müzakirəsinə təqdim edəcəyini də bildirib. Konqressmen Kremlin Snoudenə sığınacaq verməsini Moskva ilə Vaşinq-ton arasındakı oyun qaydalarının dəyişməsi ilə əlaqələndirib.
Konqressdəki respublikakaçılarla yanaşı hakimiyyətdə olan Demokratlar Partiyasının da təmsilçiləri Moskvanın ünvanına ittihamlar səsləndirir, təhdidlərlə çıxış edirlər. Konqressin Beynəlxalq əlaqələr ko-mitəsinin sədri, demokrat Robert Menendez Moskvanın son addımının iki ölkə arasında münsibətlərə cidd təsir göstərdiyini bildirib. ABŞ qanunvericilərinin tezliklə Maqnitski Aktına dəyişiklik edərək sanksi-yaya məruz qalan Rusiya məmurlarının sıralarına yeni adlar əlavə edəcəyi də gözlənilir. Bundan başqa, ABŞ Konqressinin blogger Aleksey Ќavalnının işini də nəzarətə götürməsi mümkündür. Rusiya müxali-fətinin faktiki liderinə çevrilən bu şəxsin həbsi isə yeni sanksiyalara bəhanə ola bilər. Əgər Snoudenin Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığı üzə çıxsa, bu, münasibətləri daha da gərginləşdirəcək.
Moskvanın Snoudenə sığınacaq verməsindən sonra ABŞ-da anti-Rusiya əhval-ruhiyəsinin artacağı çox güman ki, Kremldə nəzərə alınır. Belə fikirlər də var ki, Moskva məqsədli şəkildə bu addımları atır və Kreml ABŞ-la Rusiya arasında münasibətlərin gərginləşməsində maraqlıdır. Bu fikirin təsdiqi üçün hələlik yetərli məlumatlar olmasa da, Moskvanın üzünü Qərbdən çevirməsi ilə bağlı iddialar Putinin yenidən hakimiyyətə gəlişindən sonra daha çox səslənməyə başlayıb.
Hər halda, Snoudenə sığınacaq verilməsi iki ölkə arasındakı münsibətlərə mənfi təsir göstərib və bu ad-dımın təsiri uzun müddət hiss olunacaq. ABŞ-ın bununla bağlı Rusiya əleyhinə atacağı addımlar isə Moskva tərəfindən cavabsız qalmayacaq. ABŞ Konqressi rusiyalı məmurlara qarşı Maqnitski Aktı qəbul etdikdən sonra Rusiya Dövlət Duması buna Dima Yakovlev adına Qanunla cavab verib və üstəlik, okea-nın o tayından idxal olunan ət məhsullarına embarqo qoymuşdu. İndi də ABŞ tərəfinin atacağı addımla-rın cavabsız qalmayacağı gölənilir. Beləliklə, qarşılıqlı sanksiyalar iki ölkə arasındakı münsibətləri daha da gərginləşdirə bilər. Əgər Soçi Qış Olimpiadacının boykot edilməsi ilə bağlı ABŞ konqressmenləri tərəfin-dən çağrışlar edilirsə, bu, o deməkdir ki, Rusiya-ABŞ münasibətlərinin son 20 ildə ən pis dövrü başlayıb.
Dünya yeni savaş ərəfəsində
Rusiya-ABŞ münsibətlərindəki gərginliyin yüksələn xətt üzrə davam etməsi ilə yanaşı, bir çox regionlarda gərginliyin və silahlı münaqişələrin artması dünyanı yenidən soyuq müharibə dövrünə sürükləyir. Ya-xın və Uzaq Şərqdə ABŞ-Rusiya, eləcə də ABŞ-Çin maraqlarının kəskin formada toqquşması, müsəlman dünyasının aparıcı ölkələri ilə ABŞ-ın münsibətlərində gərginliyin artması təhlükəli vəziyyətdən xəbər verir. Rusiyanın İranla birlikdə Xəzər dənizində hərbi təlimlər keçirməsi və Rusiya prezidenti Vladimir Putinin sualtı qayıqla Xəzəryanı dövlətlərə səfərə çıxması bizim regionun da böyük dövlətlərin rəqabət meydanına çevriləcəyinə işarədir.
Son zamanlar sərt açıqlamaları ilə diqqəti üzərinə çəkən konqressmen Lindsi Qrem İrana qarşı hərbi müdaxiləyə imkan verəcək qanun layihəsi hazırladığını və tezliklə müzakirəyə çıxaracağını bildirib. Bun-dan başqa, ABŞ-da İsrailin İrana qarşı mümkün hərbi müdaxilələrini dəstəkləyən bəyanatlar da çoxalıb. Burada açıq hiss olunan bir məqam da ondan ibarətdir ki, bəzi qüvvələr öz xalqlarının diqqətini ölkənin daxili məsələlərindən yayındırmaq məqsədi ilə beynalxalq aləmdə münasibətləri gərginləşdirmək yolu-nu tutublar. Belə ki, xarici düşmən mövzusunun aktuallaşması xalqların diqqətini daxili problemlərdən yayındırmağa imkan yaradır. ABŞ rəsmiləri günü-gündən artan dövlət borcu, işsizlik və iqtisadiyyatdakı durğunluğu aradan qaldırmaq əvvəzinə dünyanın digər böyük ölkələri ilə münsibətləri gərginləşdirirlər.
Oxşar fikirləri Rusiya hakimiyyəti haqqında da demək olar. Yenidən prezident kürsüsünə sahiblənən Vladimir Putin Rusiya cəmiyyətini hiddətləndirən korrupsiya və cinayətkarlıqla effektiv mübarizə apara bilmədiyi üçün, etirazçı təbəqənin sıralarının günü-gündən genişlənməsi Kremldə narahatlıq doğurur. Xalqın tələblərinə adekvat reaksiya verə bilməyən Putin hakimiyyəti cəmiyyətin diqqətini yayındırmağa çalışır. Bu zaman isə artıq dəfələrlə sınaqdan çıxarılmış metoda əl atılır. Yəni, Qərbin və ilk növbədə ABŞ-ın Rusiyaya qarşı düşmən mövqedə olması haqqında rəy yaratmaqla cəmiyyətin diqqətini çox asanlıqla daxili problemlərdən yayındırırlar.
Tehran rejimi də xarici düşmən qorxusunu şişirtməklə ağır sanksiyalar altında əzilən İran cəmiyyətinin diqqətini daxili problemlərdən yayındırmaq istəyir. İranın ehtimal olunan nüvə silahı istehsalı ilə İsrail cəmiyyətini qorxudan Tələviv rejimi də xarici düşmənin mövcudluğunda hava-su kimi maraqlıdır.
Göründüyü kimi, dünyanın əksər ölkələri artıq daxili problemlərini həll etmək gücündə deyillər. Bundan qaynaqlana biləcək xalq etirazlarından qorxduqları üçün cəmiyyətin diqqətini başqa istiqamətə yönəl-dirlər. Yəni, xarici düşmən haqqında nağılları daha çox uydurmağa çalışırlar. Belə görünür ki, soyuq müharibə əksər dövlətlərin siyasi dairələrinin maraqlarına uyğundur və onlar sanki koordinasiya olunmuş şəkildə beynəlxalq münasibətlərdə gərginlik yaradırlar. Beynəlxalq münasibətlərdə gərginliyin artması isə münaqişələrin həll olunmasını mümkünsüz edir. Bu isə o deməkdir ki, Suriyada insan faciəsi hələ çox davam edəcək. Tezliklə İraq və Əfqanıstanda oxşar ssenarilər təkrarlana bilər.
Dünyanın böyük dövlətləri arasındakı münasibətlərin gərginləşməsi, bunun beynəlxalq münsibətlərdə öz əksini tapması Azərbaycandan da yan keçməyəcək. Ən azından Qarabağ münaqişəsinin həlli uzun müddətə mümkünsüz hala gələ bilər. Bu baxımından, Azərbaycan rəsmilərinin Qarabağ münaqişəsinin həlli üçün əlverişli şəraitin yaranmasını və münaqişənin yaxın iki il ərzində həll oluna biləcəyi haqqında nikbin fikirlər səsləndirməsinin nəyə əsaslandığını anlamaq olmur. Əksinə, beynəlxalq aləmdə münasi-bətlərin gərginləşməsi dondurulmuş münaqişələrin alovlanma ehtimalını artırır. Azərbaycan rəsmiləri Qarabağ münaqişəsinin yaxın illərdə həll oluna biləcəyi haqqında nikbin bəyanatlar vermək əvəzinə, əks ssenarilərə hazır olmaq haqqında düşünsələr, daha yaxşı olardı.
"Beşiktaş" axtardığı oyunçunu Hollandiyada "tapdı"
İsrial ordusuna əmr verildi: "Daş atanları öldürün!"
Tramp: "O, mənim nə istədiyimi dəqiq, özü də hamıdan yaxşı bilir"
Putin Avropanı hədələdi: "Nəticələri ağır olacaq"
Putin Ukraynada bir neçə şəhəri ələ keçirmək üzrə olduqlarını dedi: "Sizdədirsə, niyə içəri girmirsiniz?"
Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək
Xüsusi karantin rejiminin müddəti uzadılıb
Mia.az Xəbər Portalının iki əməkdaşı təltif olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Əhməd İsmayılov Türkiyədə - Burhanettin Duranla görüş olub + FOTO
Dövlətə məxsus daha 50 maşın özəlləşdirilib
Sumqayıt, Quba, Ağdam və İsmayıllıda yaşıllıqları qırıblar
QƏBUL İMTAHANI İLƏ BAĞLI MƏHKƏMƏ: Kamran Əsədovla Gündüz Abbasov hakim qarşısına çıxarıldılar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Rusiya Zaporojyeyə zərbə endirib, yaralılar var
Beyləqanda kanalizasiya quyusuna düşən azyaşlı ölüb
Tovuz Gömrük İdarəsinin rəisi təqaüdə göndərildi - FOTO
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı
ABŞ-da qaçırılan kiçik təyyarə qəzaya uğrayıb
Elektron siqaretlərin qadağan olunması barədə yeni qanun ilk oxunuşdan keçdi - Detallar
Rumen Radevdən Azərbaycan Prezidentini təbrik edib - MƏTN
Sabah hava necə olacaq? - Proqnoz
Çin lideri İlham Əliyevə məktub göndərdi: "Bu il ərzində Sizinlə iki dəfə görüşmüşük və..."
Milli Məclisdə Amnistiya aktı müzakirə olunur
Milli Məclis bəyanat qəbul edib
Axtarışa verilən aparıcı Quran kitabı paylaşdı: "Ölkəmə dönəcəm"
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Xəzər dənizində itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb
Spikerdən Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə sərt reaksiya: "Qətiyyətlə rədd edirik" - Komissiya yaradıldı
Türkiyədə daha bir jurnalist saxlanıldı - Şərhə görə
Rektorun müşaviri maşını əks istiqamətdə saxladı - VİDEO
Tofiq Yaqublu kassasiya şikayəti verib
ABŞ-da professoru evində, 11 nəfəri isə universitetdə güllələyən keçmiş tələbə ölü tapıldı - Təfərrüat
Sumqayıtda hoteldə yanğın olub (Yenilənib)
AVROPA UKRAYNAYA 90 MİLYARD KREDİT AYIRDI: "Bu borc yalnız Rusiya kompensasiya ödədikdən sonra geri qaytarılacaq"
"Qızıl külçə" işi: gömrükçülər hökmdən şikayət veriblər
Azərbaycan nefti cüzi bahalaşıb
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 170 şübhəli qandallandı
TFF qərar verdi - "Yeni Malatyaspor" daha aşağı liqaya düşürüldü
Konfrans Liqasında uduzan komandanın Baş məşqçisi: "Çox məyusam"
Baş katib Ukraynanın NATO-ya yolunu qapatdı, Putinə isə xəbərdarlıq etdi: "Praktik olaraq mümkün deyil, Rusiya isə bilməlidir ki..."