Аzərbaycanda 3 mindən çox uşağa immunoqlobulin vurulub

img

08-08-2013 [16:01]


Bütün dünyada viruslu hepatitlərin doğurduğu təhlükə ölkələri bu sahədə daha çevik profilaktik tədbirlər görməyə sövq edir.

Hepatit virusu aşkar edilən hamilə qadınlardan doğulan uşaqların peyvənd olunması onlara hepatit B- qarşı müqavimət yaradan immunoqlobulinin vurulması üçün görülən kompleks tədbirlər son illərdə daha da gücləndirilib. Azərbaycanda da hepatitlərlə bağlı təhlukəyə cavab olaraq peyvənd prosesi ilə maksimum dərəcədə risq qrupuna daxil olan uşaqların əhatə olunmasına səy göstərilir. Bu barədə iyun ayının 27- keçirilən dəyirmi masada Vişnevskaya-Rostropoviç Fondunun direktoru Soltan Məmmədov bildirib.

 Fondun direktorunun açıqlamasına görə, artıq neçə ildir, Fond tərəfindən hepatit B virusuna qarşı yenidoğulmuşlar üçün peyvənd prosesi həyata keçirilir bu ildən etibarən sözügedən tədbirləri Səhiyyə Nazirliyi dövlət büdcəsi hesabına reallaşdıracaq: «Bir sıra rayonlar artıq bu fəaliyyət planı ilə əhatə olunub hazırda 50-dən yuxarı səhiyyə müəssisəsinə biz nəzarət edirik. Şübhəsiz ki, bəzi yerlərdə problemlər baş verir, amma biz mütəmadi monitorinqlər vasitəsilə çatışmazlıqları vaxtında aradan qaldıra bilirik. İndiyə qədər 3 mindən yuxarı uşağa immunoqlobulin vurulub, onlar hepatit B daşıyıcısı olan analardan doğulublar. Hamiləlik dövründə B hepatiti aşkar olunan qadınların dünyaya gətirdiyi ulaqlara immunoqlobilin vurulduqdan sonra 300 uşaq müayinə edilib onlarda virus aşkarlanmayıb».

 Fondun direktoru əlavə edir ki, peyvəndlər immunoqlobulin bir çox rayonlara, Bakının isə bütün doğuş müəssisələrinə paylanılıb bunlar pulsuzdur: «Biz həmçinin ona da nəzarət edirik ki, peyvəndlər uşaq doğulan kimi qaydaya uyğun olaraq, təxirəsalınmadan vurulsun valideynlərdən bunun muqabilində əlavə ödəniş tələb olunmasın. Ümumiyyətlə, əhali arasında, ələlxüsus, hamilə qadınlar arasında təbliğat aparılmalıdır ki, onlar hepatit B aşkar olunduğu halda dünyaya gətirdikləri övladlarına peyvəndin vurulduğuna əmin olsunlar həmçinin bilsinlər ki, bu peyvənd immunoqlobulin pulsuzdur».

 Qeyd edək ki, tədbir Hüquqi İnkişaf Demokratiya İctimai Birliyinin həyata keçirdiyi «12-ci Sən Olma! Azərbaycanda viruslu hepatitlərin yaratdığı təhlükə barədə əhalinin maarifləndirilməsi» layihəsi çərçivəsində təşkil olunub. Layihənin maliyyə dəstəyini isə Prezident Yanında Qeyri-Hokumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası göstərir. Dəyirmi Masanın əsas müzakirə mövzusu isə hamilə qadınlar arasında hepatitlərlə bağlı maarifləndirililmə hepatitlərə müayinənin hazırkı vəziyyəti idi. Tədbirdə layihənin ekspertləri Zülfiyyə Mustafayeva Dünya Sakit, həmçinin müxtəlif yerli beynəlxalq təşkilatların nümayəndələri iştirak etdi.

 D.Sakitin tədbir iştirakçılarına təqdimatına görə, ölkəmizdə əhalinin hepatitlərlə bağlı davamlı olaraq maarifləndirilməsinə ehtiyac var: «Məsələn, bizim hamilə qadınlar bilmirlər ki, hamiləlik dövründə 2 dəfə hepatitlərə müayinə olunmaq lazımdır. Bundan əlavə, övladlarının da sağlamlığına biganə olan valideynlər var. Hepatitli analardan doğulan uşaqlara dərhal peyvənd vurulsa da, sonrakı dövrlərdə 2 dəfə bu peyvənd davam etdirilməlidir. Amma valideynlərin səhlənkarlığı üzündən sonrakı peyvəndlər edilmir beləliklə , körpələrin həyatı təhlükədə qalır. Bu baxımdan, sahə həkimlərinin üzərinə böyük məsuliyyət düşür: çünki onlar ilk növbədə analar arasında təbliğat aparmalıdırlar».

 Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Aytəkin Hacıyeva bildirdi ki, onların komitəsi analar arasında müxtəlif xəstəliklərlə bağlı mütəmadi olaraq maarifləndirmə həyata keçirir. Ələlxüsus, rayonlarda, ucqar ərazilərdə sağlamlıq məsələlərinə dair həyata keçirilən tədbirlərə evdar qadınlar, ali təhsili cəlb edilir.

 4 saylı cəzaçəkmə müəssisəsinin (qadın kalonu) tibbi sanitar hissəsinin baş həkimi Nərgiz Abdullayeva isə bildirdi ki, cəzaçəkmə müəssisəsində saxlanılan bütün qadınlar infeksion xəstəliklərlə bağlı mütəmadi olaraq müayinələrdən keçirilir həmçinin hepatitlər yoxlanılır: «Təbii ki, bu sahədə maarifləndirilmənin gücləndirilməsinə ehtiyac var, çunki qadınlar müəssisəyə gələnə qədər artıq bu virusa yoluxurlar. Hazırda bu virusla qeydiyyatda olan məhkum qadınların əksəriyyəti narkotik istifadəçiləridir. 1 qadın məhkumumuz var, hamilədir onda da hepatit B aşkarlanıb».

 Dəyirmi Masa iştirakçıları qeyd etdilər ki, gələcəkdə mövzu ilə bağlı daha geniş əməkdaşlığa ehtiyac var bu xüsusda müzakirələr daha geniş müstəvilərdə aparılmalıdır. Eyni zamanda, konkret əhali qruplarına yönəlik tədbirlər inkişaf etdirilməlidir,



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA