Rəsədxana ilə QMİ arasındakı qalmaqala komitə qarışdı

img

07-08-2013 [19:05]



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Şamaxı Rəsədxanası ilə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) arasında baş verən qalmaqala münasibət bildirib. 

Komitədən APA-ya verilən məlumatda bildirilir ki, Ramazan Bayramının tarixi dini amillərdən asılı olduğunu nəzərə alaraq fətva vermək səlahiyyəti QMİ-nindir.

"Ramazan Bayramı nə vaxt olacaq? Şamaxı Rəsədxanası ilə Qafqaz Müsəlmanları İdarəsi bu məsələdə fərqli mövqe nümayiş etdirib. Bunlardan hansı düzgündür? Mövzu ilə əlaqədar Komitəyə ünvanlanan sorğulara cavab olaraq bildirilir ki, Şamaxı Rəsədxanası astronomik hesablamalara görə ayın yenilənməsi ilə bağlı məlumat verə bilər. Bu işin elmi tərəfidir. Lakin bayramın tarixinin dini amillərdən asılı olduğunu nəzərə alaraq fətva vermək səlahiyyəti QMİ-nindir”, - Dövlət Komitəsinin məlumatında bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA