Əli Məsimli yoxsulluqdan özünü asan tələbədən danışdı: “ Siz sual verin, kim gecikdir bunu”?

img

07-08-2013 [19:00]


Xəbər verdildiyi kimi, Gəncənin Kəpəz rayonu, 7 saylı orta məktəbinin məzunu, universitetə yeni qəbul olunmuş Fərzəliyeva Vüsalə Ələddin qızı özünü yaşadığı binanın damından asıb.

Gəncə hüquq-mühafizə orqanlarından məlumatda bildirilii ki, yenicə ali məktəbə daxil olmuş gənc qızın özünə qəsd etməsinin səbəbi maddi durumunun təhsil almasına imkan verməməsi olub.

 Xatırladaq ki, millət vəkili Əli Məsimli bir müddət öncə imkansız tələbələrə dövlət tərəfindən güzəştli kreditlərin ayrılması haqda qanun layihəsi hazırlayaraq parlamentə təqdim etmişdi. 

 Moderator.az həm Gəncədə baş verən faciəli olayla, həm də həmin qanun layihəsinin niyə qəbul edilməməsiylə bağlı millət vəkilinə müraciət edib: 

 "Mən zəhmət çəkib qanun formasında paket layihəsi hazırlamışam və qabaqcadan da xəbərdarlıq etmişdim ki, bu layihə nə qədər gec qəbul olunsa, fəsadları bir o qədər çox olacaq. Bu layihə yoxsul ailələrdən çıxan istedadlı gənclərin ali təhsil almağı üçün çox böyük təkan ola bilər. İndi o qanun layihəsi gecikdirilir. Siz sual verin, niyə gecikdirilir bu layihə? Kim gecikdir bunu”?


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA