07-08-2013 [15:38]
Mia.az xəbər verir ki, Milli Şuranın prezidentlyə vahid namizədi deyib ki, Rusiya vətəndaşlığının ləğvi üçün prezident Vladimir Putinin imza atmasını gözləyir: "Məndən asılı iş qalmayıb. Vətəndaşlığın ləğv olunmasına Rusiya prezidenti Vladimir Putin qol çəkməlidir. İndi onun cavabını gözləyirəm. Mənə elə gəlir ki, hər şey yaxşı olacaq”.
Rüstəm İbrahimbəyov yaxınlarda Amerikaya getmə ehtimalının olduğunu da söyləyib: "Mənim hazırda Bakıya gəlməyimin heç bir xeyri yoxdur. Kimsə qəsdən istəyir ki, mən gəlim, işlərim əngəllənsin. Bunun mənası yoxdur. Burada mən görən işləri heç kim görə bilməz. Bu işləri nəyə görə atıb Bakıya gəlməliyəm? Lazım olanda gələcəyəm”.
***
"Rusiya Federasiyasının vətəndaşlığından çıxma proseduru müraciət edən şəxsin yaşayış yerindən asılıdır”. Bunu Rüstəm İbrahimbəyovun Rusiya Federasiyası vətəndaşlığından çıxmaq barədə müraciəti ilə bağlı APA-nın Moskva müxbirinə açıqlama verən Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.
D. Peskovun sözlərinə görə, vətəndaşlıqdan çıxmaq istəyən şəxs Rusiya Federasiyasında yaşayırsa, vətəndaşlıqdan çıxma proseduru yazılı ərizə əsasında ümumi qaydada həyata keçirilir: "Şəxsin ərizəsi, eləcə də tələb olunan sənədlər paketi Rusiya Federal Miqrasiya Xidmətində razılaşdırılır və vətəndaşlıq məsələləri üzrə Rusiya Federasiyasının Prezidenti yanında Komissiyaya təqdim edilir. Məsələ müsbət həll olunduqda bu barədə Rusiya prezidenti tərəfindən müvafiq fərman imzalanır. Ərizəyə 1 il ərzində baxılır”.
D. Peskov şəxs xarici dövlətin ərazisində yaşadığı halda, vətəndaşlıqdan çıxma prosedurunun sadələşdirilmiş qaydada aparıldığını söyləyib: "Yazılı ərizə tələb olunan sənədlərlə birlikdə Rusiya Federasiyasının xaricdəki diplomatik və ya konsulluq nümayəndəliklərinə təqdim olunur. Diplomatik və ya konsulluq nümayəndəliklərinə təqdim olunan ərizənin baxılma müddəti isə təxminən 6 ay təşkil edir. Vətəndaşlıqdan çıxma proseduru şəxsin Rusiya Federasiyası vətəndaşlığından çıxması haqqında arayışı diplomatik və ya konsullu nümayəndəliklərindən almasından sonra bitmiş hesab edilir.
Əgər vətəndaşın Rusiya Federasiyası qarşısında federal qanunla yerinə yetirilməmiş öhdəliyi varsa, Rusiya Federasiyasının müvafiq səlahiyyətli orqanları tərəfindən hər hansı cinayət işində adı hallanırsa və ya məhkəmənin onun barəsində ittihamedici hökmü qüvvəyə minibsə, eləcə də vətəndaşın başqa vətəndaşlığı və onu almağa zəmanəti yoxdursa, bu halda vətəndaşlıqdan çıxmağa icazə verilmir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi