Bakıda avtomobildə iki nəfər yanaraq öldü

img

07-08-2013 [15:17]


Sabunçu rayonu ərazisində avtomobilin yanması nəticəsində iki nəfər ölüb. 

Daxili İşlər Nazirliyinin rəsmi saytında verilən xəbər görə, Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Rasim Abdullayev idarə etdiyi "Mercedes" markalı avtomaşını maneəyə vurub və sonradan avtomaşında yanğın baş verib.

Nəticədə avtomobildə xəsarət almış sərnişin, Bakı şəhər sakini Müşfiq Məmmədov hadisə yerində ölüb, sürücü və digər sərnişin, Neftçala rayon sakini Mais Təhməzov isə xəstəxanaya yerləşdiriliblər.

Həkimlərinn səyinə baxmayaraq, Mais Təhməzov da xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, hadisə metorunun "Koroğlu" stansiyasının yaxınlığılnda, Aeroport yolunda baş verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA