Baş həkimin oğlu Telman İsmayılovun otelində öldü

img

07-08-2013 [14:50]



Uzun illər Bakıda 1 saylı doğum evinin baş həkimi işləmiş, hazırda təqaüddə olan Stella Abbasovanın ailəsinə ağır itki üz verib.

Press24.az-ın əldə etdiyi məlumata görə, Stella xanımın oğlu Samir Əliyev 49 yaşında ürək çatışmazlığından vəfat edib. O, bir neçə gün öncə Türkiyəyə istirahətə yollandığı Azərbaycan əsilli iş adamı Telman İsmayılova məxsus "Mardan Palace" hotelində dünyasını dəyişib. Belə ki, dünən səhər saatlarında onun qaldığı nömrəyə daxil olan hotelin işçisi mərhumun öldüyünü aşkarlayıb. Məlum olub ki, Samir Əliyev ondan bir gün əvvəl gecə keçinib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA