Daha bir prezidentliyə namizədin sənədləri hazırlanır

img

07-08-2013 [13:02]


Azərbaycanda keçiriləcək prezident seçkisi gününə artıq sayılı günlər qala, Muasir Musavat Partiyası avqustun 11-də Siyasi Şuranın toplantısını çağırıb.

 Mətbuat xidmətindən mia.az-a daxil olan məlumata görə, həmin toplantıda Hafiz Hacıyevin namizədliyi təsdiq etdildiyi təqdirdə, partiya öz namizədinin seçki marafonuna tam start verəcək.

 Məlumatda o da bildirilir ki, bu gün Muasir Musavat Partiyasında bununla bağlı toplantı keçirilib.Toplantıda MSK-nın Təqvim Planına əsasən, Hafiz Hacıyevin namizədliyinin irəli sürülməsi və imza vərəqələrinin götürülməsi üçün müraciətin günü müzakirə edilərək yekun qərar çıxarılıb: «Əslində, Muasir Musavat Partiyası aylardı bu marafona hazırlaşdığına görə problem olacaq bütün məsələləri əvvəldən çözülüb. 50 nəfərlik imza toplayanların siyahısı artıq 1 aydır tam hazırdır, onlara fəaliyyətlərinə uyğun müvafiq təlimat alıblar. Bugünki toplantıda İşçi Qrupu ilə Seçki Qərargahının birgə razılığı ilə qərara alınıb ki, avqustun 12-də prezidentliyə namizədimizin sənədləri MSK-ya təqdim edilsin. Ayın 11- Siyasi Şuranın yekun qərarından sonra, bu, baş verəcək». 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA