Rauf Arifoğlu kimi rüşvət alıb, məmurları qorumaqda ittiham etdi?

img

07-08-2013 [13:00]



«Yeni Müsavat» qəzetinin baş redaktoru, Mətbuat Şurasının idarə heyətinin yeni üzvü Rauf Arifoğlu bərk əsəbləşib. Belə ki, o, sahibi olduğu qəzetə təmsil olunduğu partiyaya hücumlardan qəzəblənib «Facebook»da sərt status yazıb. Rauf bəy statusunda ad çəkməsə , hədəfindəki şəxsi ağır məsələlərdə ittiham edib. Həmin şəxsin kimliyi ilə yanaşı, statusun özü maraqlıdır.

 Bunu nəzərə alaraq, mia.az R.Arifoğlunun statusunu olduğu kimi təqdim edir: 

 "Biri var, yenı qaşınır. İtini-pişiyini, zombilərini üstümüzə qısqırdıb... Üç seçkidi, doğru bilib yapdığı ancaq və ancaq yanlış olur, fəlakət gətirir, düşərgəni iflic edir, bölür, parçalayılr. Amma noolsun, bəhanəsi var. «Yeni Müsavat»ı, Musavat Partiyasını suçlatdırır, çamur atdırır, hər kəsi xəyanətkar elan edib, durur kənarda... Mən həyatım boyu bunca həyasız birisini görmədim. Rüşvət alıb, hansı məmurları qoruduğunu, əlinin kimlərin cibindən çıxdığını yazacam, yenə ara qarışacaq... Özü də bilir ki, nələri bilirəm...".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA