Bu gün deputat Xanhüseyn Kazımlının məhkəməsidir

img

07-08-2013 [12:21]



Azərbaycan Sosial Rifah Partiyasının sədri, deputat Xanhüseyn Kazımlının tikinti şirkəti ilə məhkəmə çəkişməsi bu gün davam etdiriləcək.

 Mia.az-ın xəbərinə görə, Azərbaycan Sosial Rifah Partiyasının «İlkin-Y» MTK-ya qarşı pul tələbi, qarşı tərəfin isə binanın mansard hissəsinin boşaldılmasından bəhs edən şikayətlər üzrə proses saat 15.30 hakim Ülvi Mayılovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsində keçiriləcək.

 Mia.az-ın məlumatına görə, deputatın sədrlik etdiyi partiya tikinti şirkəti tərəfindən yerləşdiyi məkandan çıxarılır. Deputat isə bu tələblə razılaşmır şirkətin sahibi olduğu binanın mansardına xərclədiyi vəsaitləri geri tələb edir.

 Xatırladaq ki, tərəflər arasında ilkin iddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA