Prezident icra başçısını “Şöhrət” ordeni ilə təltif etdi

img

06-08-2013 [20:56]



Prezidenti İlham Əliyev bu gün Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Mia.az xəbər verir ki, bu orden ona dövlət qulluğunda səmərəli fəaliyyətinə görə verilib. 

İcra başçısının tərcümeyii-halını təqdim edirik:

Şahmar Şahhüseyn oğlu Usubov 1953-cü il avqust ayının 4-də Yuxarı Qarabağın Xocalı kəndində anadan olub. Xocalı kənd orta məktəbini bitirib. 1970-1971-ci illərdə Xocalı tərəvəzçilik, südçülük sovxozunda fəhlə işləyib.

1971-1972-ci illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda dinləyici olub.

1974-1975-ci illərdə Xocalı 2№-li sovxozda fəhlə işləyib.

1979-1990-cı illərdə Xocalı Tərəvəzçilik, südçülük sovxozunda mexanizasiya mühasibi, baş mühasibin müavini, baş iqtisadçı vəzifələrində işləyib.

1990-cı ildən 1998-ci ilədək Respublika Aqrar-Sənaye bankının Xocalı filialının müdiri vəzifəsində çalışıb.

1998-1999-cu illərdə Bakı şəhər Əzizbəyov rayon enerji satış idarəsində müdir işləyib.

1999-2000-ci illərdə Bakı şəhər Xətai rayon qaz-istismar idarəsində qazın qəbulu, nəqli və satışı sahəsində rəis vəzifəsində işləyib.

12.05.2000-ci ildən 16.12.2000-ci ilədək "Seyşun" şirkətində icraçı direktor işləyib.

2000-ci il dekabr ayının 21-dən Prezidentin sərəncamı ilə Xocalı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA