Ukrayna Prokurorluğundan Elşad Abdullayevlə sarsıdıcı zərbə: Məhkəmə qərardadı çıxdı

img

06-08-2013 [17:49]


İnsan orqan və ya toxumalarının qanunsuz transplantasiyası ilə əlaqədar Ukrayna Prokurorluğunda başlanmış cinayət işi üzrə Kiyev şəhəri Obolon Rayon Məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər tərəfindən 2009-2010-cu illər ərzində mütəşəkkil cinayətkar qruplaşma yaratmaqla ayrı-ayrı tibb müəssisələrində, o cümlədən Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərən Tibb Mərkəzində qanunsuz olaraq vətəndaşların daxili orqanlarının çıxarılması və köçürülməsi ilə bağlı cərrahiyyə əməliyyatlarının aparılması müəyyən edilib.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, məhkəmə tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə həmin mütəşəkkil cinayətkar qruplaşma ilə əlbir olmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev və universitetin nəzdində fəaliyyət göstərən Tibb Mərkəzinin vəzifəli şəxsləri barəsində xüsusi qərardad çıxarılmaqla, həmin qərardad barələrində qanunla nəzərdə tutulmuş qaydada tədbir görülməsi məqsədilə Ukrayna Prokurorluğu vasitəsilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA