Lalə Şövkətdən İbrahimbəyov icmarıcı gəldi

img

06-08-2013 [17:29]


"Lalə Şövkət Rüstəm İbrahimbəyovu dəstəkləyir və hesab edir ki, o, seçkilərdə qalib gələcək”.

Bu fikirləri Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan partiya lideri Lalə Şövkətin Milli Şuranı ciddiyə almaması haqda gəzən söz-söhbətlərə aydınlıq gətirərək deyib.

Modern.az-a açıqlama verən ALP sədri Lalə Şövkətin Milli Şuraya biganə qalmadığını, sonadək Rüstəm İbrahimbəyovu dəstəkləyəcəyini bildirib.

Ə.Temirxan həmçinin ötən gün Lalə Şövkətlə Milli Şura ətrafında fikir mübadiləsi apardığını deyib.

"Dünən axşam bu məsələni müzakirə etdik. Lalə xanım da hesab edir ki, Rüstəm bəy sənədlərini qaydaya salaraq seçkidə iştirak edəcək və qalib gələcək. Biz alternativ namizədə ehtiyyac duymuruq. Ümid edirik ki, alternativ namizədə heç bir ehtiyac olmayacaq”.

Partiyta sədri hesab edir ki, İbrahimbəyovun vahid namizəd olması təklifini Lalə Şövkət irəli sürüb.

"Milli Şuranın yaranışından dərhal sonra Rüstəm İbrahimbəyovun namizədliyini Lalə Şövkət özü şəxsən irəli sürüb. Bu biganəlikdir?. Lalə Şövkətin öz siyasi taktikası var, ona uyğun hərəkət edir. O, siyasəti mütəmadi izləyir”-deyə Ə.Temirxan qeyd edib.

Lalə Şövkət üzvü olmasına baxmayaraq indiyədək Milli Şuranın heç bir sessiyasında iştirak etməyib. Demək olar ki, iclaslarda ALP-ni Milli Şurada partiya sədri Əvəz Temirxan təmsil edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA