05-08-2013 [19:34]
- Seçkinin keçiriləcəyi günü bir həftə əvvələ çəkdilər. Bir çox ekspertlər bu addımı təsadüfi saymır və məqsədin Milli Şuraya seçkidə problem yaratmaq olduğunu vurğulayır. Sizin, mövqeyinizi bilmək istərdik.
Bunu hamı qeyd edir ki, hakimiyyət 2013-cü il seçkilərində böyük qorxuya düşüb, təşviş keçirir, faktiki çabalayır. Bunun səbəbi sadədəir. Hakimiyyət görür ki, xalqın ona münasibəti olduqca mənfidir. Biz hakimiyyətin törətdiyi cinayətlərdən tam məlumatlı deyilik. Bu istiqamətdə nəsə bilsək də, bilmədiklərimiz də var. Amma hakimiyyətin öz cinayətlərindən yaxşı məlumatı var. Bilirlər ki, xalqa, vətənə qarşı həddindən artıq qanunsuzluqlara yol veriblər və hakimiyyətdən getsələr vəziyyətləri çox ağır olacaq. Digər tərəfdən, bu il demokratik qüvvələr son iyirmi ildə mümkün olmayan birliyə nail olublar. Milli Şurada cəmiyyətin bütün spektri təmsil olunub. Siyasi partiyalarla yanaşı Milli Şuraya tanınmış hüquq müdafiəçiləri, QHT təmsilçiləri, ziyalılar daxil olub. Belə bir siyasi situasiyanın yarandığı vaxtda hakimiyyət müxalifətin vahid namizədinin seçkidə iştirakına maneələr yaratmaq istəyir. Hakimiyyət bilir ki, bu dəfə onun üçün çox çətin olacaq. Bilir ki, bu dəfə qələbə qazana bilməyəcək. İqtidar yalnız saxtakarlığa ümid edə bilər. Amma bu dəfə saxtalaşdırmaya xalqın və beynəlxalq aləmin reaksiyasının çox sərt olacağından da qorxur. Ona görə də var gücü ilə müxalifətin vahid namizədinin seçkidə iştirak etməməsinə çalışır. Seçki gününü qabağa çəkmək, rəhbərlik etdiyim təşkilatla bağlı cinayət işinin açılması məhz bundan irəli gəlir. Rejim qorxu içərisindədir. Baş verənlərin fonunda İlham Əliyevin gizli şəkildə Rusiyaya gəlməsi barədə yayılan məlumatlara da diqqət yetirməyi vacib sayıram. Hakimiyyət bu məlumatı gizlətməyə çalışsa da, mümkün olmadı. İlham Əliyevin Moskvadan Avropaya gedib-getmədiyi məlum deyil, amma o, bura birbaşa Bakıdan gəlib.
- Rüstəm İbrahimbəyov 1982-ci ildə «Ultimatum» əsərini yazıb və səhnələşdirib. Birinci dəfə idi ki, Azərbaycan Xalq Cümhuriyyəti bu formada təqdim olunurdu. Bu əsərdə AXC göylərə qaldırılıb. Bu addım Sovet vaxtı atılıb. Bundan başqa, 1989-cu ildə Xalq Hərəkatının üzvləri təzyiqlərlə üzləşəndə, mən ziyalılar adından müraciətlər etmişəm. Bu müraciətlərə birinci mən qol çəkmişəm. Yanvarın 20-də Sovet ordusu Bakıya daxil olanda mən Moskvada Azərbaycanın daimi nümayəndəliyində qərargah yaratmışdım. Həmin qərargahın rəhbəri mən idim. Faciə baş verdikdən sonra hər gün olaylarla bağlı mətbuat konfransı keçirirdim. Nəticədə o vaxt Azərbaycan Ali Sovetinin sədri olan Elmira Qafarova mənə zəng etdi və bildirdi ki, bu mətbuat konfransları davam edərsə nümayəndəliyi bağlayacaqlar. Ona görə mən mətbuat konfranslarını Moskvadakı evimə keçirdim. 1989-cu ilin sonunda Fransada konfransda Daşnaksütun Partiyasının mətbuat katibi ilə dialoqum olub. Mətbuatın iştirak etdiyi bu konfransda Azərbaycanın mövqeyi geniş işıqlandırılmışdı. Bundan başqa SSRİ KQB-sini aldadaraq əvvəl Moskvaya, sonra isə Bakıya 5-6 çox məhşur fransız jurnalistlərini gətizdirmişəm. Məqsəd 20 Yanvar faciəsindən sonra Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq idi. O zaman mənə KQB-dən ciddi xəbərdarlıq edirdilər ki, siz ölkəyə gizlin şəkildə jurnalist gətizdirmisiniz. Biz jurnalistləri qorumaq məqsədilə KQB-ni aldatmışdıq, amma belə bir izahat verdik ki, bir fransız qızı ilə azərbaycanlı oğlan evlənib və Bakıya gəliblər, onların yanındakılar isə bu cütlüyün dostlarıdır. Bir neçə gün bu jurnalistləri güddülər, amma bir nəticə olmadı. Min zülmlə onların çəkdikləri fotoları ölkədən çıxardıq. Bütün bunları tanınmış diplomat Ramiz Abutalıbov, Eldar Salayev yaxşı bilir. Bu barədə Müsavat başqanı İsa Qəmbər də məlumatlıdır. Təəssüf ki, jurnalistlər bu faktları ortaya çıxarıb, yenidən ictimailəşdirmirlər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi