MSK prezident seçkisində «exit-poll» keçirməyə icazə verəcək

img

05-08-2013 [15:37]


Azərbaycanda bu ilin 9 oktyabrında keçiriləcək prezident seçkisinə tezliklə start veriləcək. Seçkiyə qalan vaxt daraldıqca bu marafonla bağlı gərginliklər də şübhəsiz artacaq. Maraqlıdır, seçkidə «exit-poll» olacaqmı, onu hansı yerli və xarici təşkilat keçirəcək? Mərkəzi Seçki Komissiyası (MSK) rəsmiləri bu barədə danışmağın tez olduğunu bildirsələr də, bəzi məlumatlara görə, yerli QHT-lərdən prosesə hazırlıq görənlər var. 

MSK prezident seçkiləri ilə bağlı "exit poll” keçirilməsinə icağə verəcək. Bu barədə Modern.az-a Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. O, bildirib ki, qanunun tələbinə uyğun fəaliyyət göstərən təşkilatlara seçkilərdə "exit poll” keçirməyə icazə veriləcək. 

"Qanunla fəaliyyət göstərən, bu sahədə təcrübəsi olan təşkilatlara "exit-poll” keçirməyə icazə veriləcək. "Exit-poll”un keçirilməsi ilə bağlı MSK təlimat qəbul edib. Bu təlimatın tələblərinə uyğun fəaliyyət göstərən təşkilat olmalıdır” –deyə Azər Sarıyev bildirib. 

MSK rəsmisi onu da qeyd etdi ki, qarşıdan gələn prezident seçkiləri ilə bağlı hələ ki, heç bir təşkilat "exit poll” keçirmək üçün müraciət etməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA