Deputat-rektor Səməd Seyidov məhkəmədə uduzdu

img

05-08-2013 [08:32]


Azərbaycan Dillər Universitetinin rektoru, deputat Səməd Seyidovun tikinti şirkəti ilə məhkəmə çəkişməsinə növbəti məhkəmə instansiyasında da baxılıb.

 Bu barədə redaksiyamıza daxil olan xəbərdə bildirilir ki, Azərbaycan Dillər Universitetinin «TMT İnşaat» MMC və bu MMC-nin rəhbərliyinə qarşı qaldırdığı iddia ərizəsinə iyulun 31- Bakı Apellyasiya Məhkəməsində baxılıb: «Səməd Səmədovun rəhbərlik etdiyi Azərbaycan Dillər Universitetinin rəsmi iddiaçı qismində çıxış etdiyi məhkəmə işi Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Dəmirovun sədrliyi ilə araşdırılıb. İş üzrə iyulun 31- keçirilən iclas saatında universitetin «TMT İnşaat» MMC-nin qanunsuz hesab etdiyi tiklisinin sökülməsi tələbi təmin edilməyib. Hakim birinci məhkəmə instansiyasının qətnaməsini qüvvədə saxlayıb».

 Xatırladaq ki,  rektor-deputatın iddiasına əvvəlcə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb qeyd edildiyi kimi, bu məhkəmə instansiyası da Dillər Universitetinin iddiasının əsassız olduğu qənaətinə gəlib.

 Məsələ ilə bağlı tərəflərin mövqeyini dərc edə bilərik


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA