Xırdalan sakinləri Bakı-Sumqayıt yolunu bağladılar

img

05-08-2013 [01:10]



Bu gecə saat 01 radələrində Xırdalan sakinləri Bakı-Sumqayıt magistralını bağlayıblar. Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, təxminən iki saat əvvəl bu yolda maşınla piyada vurulub. Sürücü hadisə yerindən qaçıb. Sakinləri də hiddətləndirən bu olub. Onlar bildirirlər ki, yolun həmin hissəsində belə hadisələr tez-tez baş verir və tədbirlər görülməsini tələb edirlər. 

Bu dəqiqələrdə yolda böyük tıxac yaranıb. Magistralın Bakının Biləcəri qəsəbəsindən keçən hissəsindən sonra avtomobillərin hərəkəti çətinləşib. Polis əməkdaşları yolu açmağa çalışsalar da, hələlik buna nail ola bilməyiblər.

Əraziyə əlavə polis qüvvələri cəlb edilib. Hazırda aksiya iştirakçıları yolun hərəkət hissəsindən uzaqlaşdırılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA