Bakıda 6 məhbus rəisə etiraz etdi, özlərini doğradılar

img

03-08-2013 [20:36]


Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində qan tökülüb. Bu şok olayla bağlı sözügedən həbsxanada cəza çəkən məhbusların yaxınları məlumat verib.

Onların sözlərinə görə, beş nəfər dustaq 17 saylı Cəzaçəkmə Müəssisəsinə yeni təyin olunan rəis əvəzi Elçin Əlicanovun qanunsuz davranışına və dustaqları incitməsinə etiraz olaraq özlərini doğrayıblar. Məhbus yaxınları özlərinə qəsd edən dustaqların adlarını da çəkiblər. Bunlar Orxan Xurşudlu, Seyran cahangirov, Ceyhun Hadıyev, Səxavət Kərimov və Telman Əsədovdur.


Məlumata görə, məhbus yaxınlarının adını dəqiqləşdirə bilmədiyi bir dustaq isə boğazını kəsib.

Xəbərdə bildirilir ki, əgər əvvəllər karsda eyni vaxtda 20-25 nəfər olurdusa, indi eyni vaxtda karsda 60-70 dustaq olur. Rəis əvəzi yeri gəldi-gəlmədi dustaqları karsa salır.

Qeyd edək ki, bu müəssisənin rəisi bir müddət əvvəl işdən çıxarılıb.

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı da bir müddət əvvələdək bu müəssisədə cəza çəkirdi. N.Pənahlı vaxtaşırı bu müəssisədə ciddi qanun pozuntularının olması barədə mətbuata məlumat verirdi, ölkə rəhbərliyinə müraciət edirdi.

Hadisə ilə bağlı rəsmi mövqe almağa və təfərrüatları öyrənməyə çalışacağıq.

Gunxeber.com 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA