DİN Arif Əsgərovun qardaşı ilə bağlı hadisəni araşdırır

img

03-08-2013 [12:49]



Daxili İşlər Nazirliyi "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun qardaşı, Tovuzun dövlət dəmiryol stansiyasının rəisi Əli Əsgərovun adam öldürülməsi ilə bağlı yayılan xəbərlərə görə araşdırma aparır.

Bu barədə "Qafqazinfo”ya DİN-nin mətbuat xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Ehsan Zahidov məlumat verib. O bildirib ki, hazırda həmin hadisə ilə bağlı araşdırma aparılır, araşdırma bitdikdən sonra mətbuata məlumat veriləcək.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun qardaşının qəza nəticəsində bir nəfəri güllələməsi ilə bağlıməlumat musavat.com-da yayımlanıb. Məlumatda qeyd olunur ki, iyulun 31-də Tovuzun dövlət dəmiryol stansiyasının rəisi Əli Əsgərov ərazidə sahibsiz itləri güllələmək üçün çağrılan vətəndaşın əlindən tüfəngi alaraq atəş açıb. Bu zaman güllə küçənin əks tərəfində olan market sahibinin oğluna dəyib və yaralanıb. İnformasiyada Ə. Əsgərovun polis tərəfindən saxlanılmadığı da vurğulanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA