Azərbaycanın tanınmış iş adamı beynəlxalq axtarışa verilib

img

03-08-2013 [12:39]



Azərbaycanın tanınmış iş adamı beynəlxalq axtarışa verilib. "Qafqaz Holdinq” MMC-nin rəhbəri Fizuli Dünyamalıyev vergidən yayınmada təqsirli bilinir. Bu barədə İnterpolun rəsmi internet səhifəsində məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, 47 yaşlı Fizuli Dünyamalıyev vergidən yayınma cinayətində təqsirli bilinir. İnterpolun saytında həmçinin qeyd olunub ki, F. Dünyamalıyev Azərbaycanın Kürdəmir rayonunda anadan olub, lakin hazırda Ukrayna vətəndaşlığını daşıyır.

Azərbaycan F. Dünyamalıyevin saxlanılması üçün İnterpola müraciət edib.

F. Dünyamalıyev Azərbaycanda fəaliyyət göstərən "Qafqaz Holdinq” MMC-nin rəhbəri olub. 2010-cu ilin iyun ayında Fizuli Dünyamalıyev Avrasiya Qəzetçilər Dərnəyi və İctimai Fikir Fondu tərəfindən təsis olunmuş "Qız qalası” Milli Mükafatına layiq görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA