Paytaxtda aksiya keçirmək istəyən jurnalistlər saxlanıldı

img

02-08-2013 [18:57]



Bu gün tanınmış jurnalist Xədicə İsmayıla dəstək aksiyası keçirmək istəyən bir qrup qadın jurnalist saxlanılaraq polis bölməsinə aparılıb. 

Aralarında "Yeni Müsavat”ın da əməkdaşı olan Röya Rəfiyevanın verdiyi məlumata görə, polis onlara zor tətbiq edərək əllərindəki "4-cü hakimiyyət bizik", "Mənim evim, mənim yatağım korrupsiya deyil", "Xədicə, biz səninləyik" şüarları yazılan plakatları alaraq cırıb və orada olan bütün jurnalistləri avtobusa mindirərək Yasamal rayon 28-ci polis bölməsinə aparıb. 

Xatırladaq ki, son günlər iqtidara yaxınlığı ehtimal olunan bir sıra saytlarda Xədicə İsmayılovanın şəxsi həyatı ilə bağlı gizli çəkilmiş videolar yayılıb. Jurnalist hədələndiyini bildirib.  

Azadlıq radiosu jurnalistə qarşı təzyiqlərə son qoyulması və günahkarların tapılıb cəzalandırılması ilə bağlı bəyanatla çıxış edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA