Ağdaşda köçkünlər ayağa qalxdı

img

02-08-2013 [14:04]


Ağdaşda bir qrup Kəlbəcərdən olan məcburi köçkün yerli polis şöbəsinin qarşısına etiraza toplaşıb. Onlar yerli polisi baş vermiş bir cinayət hadisəsinə göz yummaqda ittiham edirlər.

Mia.az xəbər verir ki, bu barədə "azadlıq.info”ya aksiyanın şahidi olan sakinlərdən biri verib. Şahidin sözlərinə görə, məcburi köçkünlər etirazlarını belə izah edirlər ki, onların yaxını olan yetkinlik yaşına çatmayan bir qız rayon ərazisində qaçırılıb. Bu barədə polisə məlumat verilib, lakin heç bir nəticə yoxdur. Məcburi köçkünlər hesab edirlər ki, polis hadisəyə etinasız yanaşır və ya bilərəkdən göz yumur.

Məlumatı verən mənbə onu da deyib ki, aksiya iştirakçılarına qarşı polis zorakılığı baş verib. Məcburi köçkünləri zor tətbiq edərək ərazidən uzaqlaşdırmağa çalışıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA