Qeyri-sabit hava avqustun 6-dək davam edəcək

img

02-08-2013 [13:50]


Azərbaycan ərazisində qeyri-sabit hava avqustun 6-dək davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərə görə, yaxın bir neçə gün ərzində respublikanın əksər rayonlarında qeyri-sabit, yağıntılı hava şəraiti və temperaturun ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enməsi gözlənilir.

Bu ehtimal pambıq bitkisinin inkişafını keçən illə müqayisədə nisbətən gecikdirəcək.Gözlənilən yağışlar torpağın rütubət ehtiyatının artmasını təmin edəcək, otlaq bitkilərinin boy artmasını sürətləndirəcək.

Yağıntılı hava şəraiti yetişmiş məhsulun yığılması üçün çətinlik yaradacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA