ARDNŞ xəbərdarlıq etdi!

img

02-08-2013 [11:54]



"İctimaiyyətə bəlli olduğu kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) işə qəbul prosesini, xarici və daxili təqaüd proqramlarını, peşə məktəblərinə qəbulu müsabiqələr vasitəsilə həyata keçirir". Bunu ARDNŞ-nin Baş ofisinin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli ANS PRESS-ə açıqlamasında bildiirb. Onun sözlərinə görə, bunun üçün ARDNŞ-nin kifayət qədər texniki və intellektualimkanları vardır. İndiyədək bu proseslərdə iştirak etmiş minlərlə namizəd bunu təsdiq edə bilər ki, müsabiqələr zamanı əsas meyar yalnız və yalnız onların bilik və bacarıqlarıdır.

O, ARDNŞ-də işə qəbulla bağlı bəzi neqativ hallar barədə məlumatların yaranmasını şərh edib. Departament rəisi onların ARDNŞ-nin kadr siyasətinə heç bir aidiyyəti olmadığını qeyd edib.

"Belə ki, bəzi fırıldaqçılar vətəndaşların sadəlövhlüyündən istifadə edərək onları ARDNŞ-də işə düzəldəcəklərini vəd edirlər. Nəticədə isə yalançı vədlərə inanan vətəndaşlar zərər çəkir.Son 2 il ərzində ARDNŞ-nin Hüquq İdarəsi tərəfindən 11 bu kimi hallarla bağlı hüquq mühafizə orqanlarına müraciət edilib.
Lakin bizi narahat edən məsələlərdən biri də odur ki, bəzi namizədlər əslində öz bilik, bacarıq və səriştələrindən irəli gələrək müsabiqədə uğur qazandığı halda, bu uğuru onlara yalançı vədlər verən fırıldaqçıların "işbazlığı” nəticəsində əldə etdiklərini zənn edə bilərlər.
Bir daha bildiririk ki, bütün vətəndaşlar müsabiqələrdə hər hansı bir kənar faktorun təsirinin qeyri-mümkün olduğuna əmin olmalı və nəticəyə yalnız onların öz göstəricilərinin təsir etdiyinə heç bir şübhə etməməlidirlər. Bizim üçün ən ali meyar dövlətçilik,qanunvericilik və vicdanımızdır".

Qeyd edək ki, hər bir vətəndaş həftənin 1, 3 və 5-ci günləri saat 16:00-da İRD-nin inzibati binasında (Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 32A) şəxsiyyət vəsiqəsini təqdim etməklə vətəndaşlarla keçirilən görüşdə iştirak edə bilər və proseslə bağlı onları maraqlandıran suallara ətraflı cavab tapa bilərlər. Həmçinin bununla əlaqədar sualları hr@socar.az elektron poçtuna ünvanlaya bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA