Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mobil operatorları məhkəməyə verəcək

img

01-08-2013 [13:13]


Hökumət tərəfindən maliyyələşdirilən idarəetmə sistemi hələ bir il öncə hazır olmasına baxmayaraq, ölkədə fəaliyyət göstərən mobil operatorlar bu günə qədər öz üzərinə düşən texniki məsələləri icra etmədiyindən "Mobil Nömrələrin Daşınması Sistemi”nin tətbiqi ləngiyir.


Nazirlik bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan işlərin icra olunmaması səbəbindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə maddi ziyan vurduğu barədə məlumat yayıb. Bununla əlaqədar mobil operatorlara növbəti xəbərdarlıq olunub və dəymiş ziyanın ödənilməsi üçün məhkəmə orqanlarına müraciət olunmasına hazırlıq işlərinə başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA