Mehriban Əliyeva Azərbaycan və Ermənistan deputatlarının görüşünə razılıq verib

img

01-08-2013 [12:09]



Fransa-Ermənistan dostluq qrupunun sədri,Fransa senatı Filip Kaltenbax erməni və azərbaycanlı millət vəkillərini Qarabağ məsələsinə görə dialoqa çağırıb.


ANSPRESS-in Fransa mətbubatına istinadən verdiyi məlumata görə, Filipp Kaltenbax həmkarı, Fransa-Qafqaz dostluq qrupunun sədri ilə birllikdə Ermənistan Milli Məclisinin Ermənistan-Fransa dostluq qrupunun sədri Ara Babloyanı və Azərbaycan Parlamentinin Azərbaycan-Fransa dostluq qrupunun sədri Mehriban Əliyevanı Qarabağ məsələsinin inkişafı ilə bağlı dialoq üçün Fransa dəvət edib.

Bununla əlaqədar Filipp Kaltenbax -"noyabrın 29-da təşkil etdiyim dəyirmi masada dostum Ara Babloyan Azərbaycanla və öz ölkəsinin millət vəkilləri ilə Fransada Qarabağda sülh yaratmaq məsələsi ilə əlaqədar görüş keçirmək istədiyini bildirdi. Ona görə də mən ona belə bir dəyirmi masa təşkil edəcəyimi söz verdim” deyə bildirib.

O həm də Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri Mehriban Əliyevanın da buna razılıq verdiyini qeyd edib.

"Mən şadam ki, Senat Qarabağda sülhün bərqərar olması üçün dialoqun baş tutmasına şərait yaradacaq” deyə Fillipp əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA