Bəxtiyar Hacıyev polis bölməsinə aparıldı, sonra sərbəst buraxıldı -Yenilənib

img

31-07-2013 [22:40]



Gənc fəal Bəxtiyar Hacıyev polis bölməsinə aparılıb. MIA xəbər verir ki, bu barədə Hacıyev "facebook” hesabında yazıb: "Polis vətəndaşı döyəndə fotosunu çəkirdim. 18 saylı Nərimanov polis şöbəsinə aparırlar. Məni də, döyülən vətəndaşı da”.


***
B. Hacıyevi bölməyə Post Patrul Xidməti bölüyünün əməkdaşları gətiriblər: "Post Patrul Xidməti əməkdaşları piyada keçidindən istifadə etməyən şəxslərə qarşı tədbir görərkən Bəxtiyar Hacıyev həmin ərazidə qanunsuz çəkiliş aparıb. Çəkilişin hansı məqsədlə aparılmasını müəyyən etmək üçün o, polis bölməsinə dəvət edilib. Araşdırma başa çatandan sonra həmin şəxs sərbəst buraxılacaq”./APA/

***
Hacıyev Facebookda sərbəst buraxıldığını bildirib: "Dostlar, polis rəisi vətəndaşa qarşı kobudluq etmiş polisləri cağırdı, üzr istətdirdi və məni yola saldı. Bu məsələ ilə bağlı heç bir problem yoxdur artıq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA