Astroloqlar evlənməyin ən uğurlu gününü elan etdi

img

31-07-2013 [15:54]


Danimarka astroldoqları 2013-cü ildə nikaha girməyin ən yaxşı gününü elan ediblər. The Copenhagen Post qəzetinin yaxdığına görə, ekspertlər hesab edirlər ki, evlənmək üçün 7 sentyabr, şənbə günü (saat 10: 35) ən uğurlu gündür. Məhs həmin gün Mars və Venera səmada müəyyən mövqe tutur ki, onlar da ailə quranlara xeyirli, səmərəli təsir edir. Mars və Venera müvfafiq olaraq kişi və qadın enerjisini təcəssüm edir və sevənlərə uzun ömür və xoşbəxt ailə həyatına zəmanət verir.

Astroloqların elanı ilə yerli hakimiyyət maraqlanıb. Onlar meriyada həmin gün tədbir keçirmək qərarına gəliblər. Bunun üçün əvvəlcədən heç bir ərizə verməyə ehtiyac yoxdur. Sadəcə aksiyada iştirak etmək və imza atmaq kifayətdir. Məmurların bildirdiyinə görə, onlar astroloq mövhumatını dəstəkləmir, lakin ideya çox maraqlıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA