Tiflisdə İsa Qəmbərlə Rüstəm İbrahimbəyovun görüşü olub

img

31-07-2013 [13:47]


Milli Şuranın Tiflisdəki toplantısını müşahidə edən müxbir Aygün Muradxanlı xəbər verir ki, artıq toplantı başa çatıb.Bakıdan Tiflisə gedən Şura üzvləri geri qayıtmağa başlayıblar. Yaxın saatlarda Rüstəm İbrahimbəyovun da Tiflisi tərk edəcəyi gözlənilir. Müsavat başqanı İsa Qəmbər Tiflisə təyyarə ilə getdiyinə görə, o, axşam saatlarında dönəcək.

Muradxanlı xəbər verir ki, Bakı vaxtı ilə saat 01.15 radələrində Müsavat başqanı İsa Qəmbərlə Milli Şura sədri Rüstəm İbrahimbəyovun görüşü başlayıb. Görüş qabaqcadan planlaşdırılıb. Liderlər tədbirin keçirildiyi "Vera Palace” otelində görüşürlər.

Görüşdən əvvəl Müsavat başqanı İsa Qəmbər jurnalistin sualına cavab olaraq zarafatla belə bir replika verib: "Sadəcə çay içəcəyik, siyasiləşdirməyin ”.

Lakin ictimaiyyətə bəllidir ki, bu görüşü və ondan alına biləcək nəticələri siyasi mühit həssaslıqla gözləyir. Əlavə məlumat veriləcək.

musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA