İsgəndər Həmidov : «Şeyxin verdiyi iftar Allah tərəfindən qəbul olunmur»

img

31-07-2013 [12:53]



Sabiq daxili işlər naziri, Milli Şuranın üzvü İsgəndər Həmidov "Moderator.az” saytına müsahibə verib. Ö, Gəncədə mərhum qardaşının yas mərasimi ilə bağlı məlum "mağar dağıtma” olayına toxunarkən özünə qarşı bu cür münasibətin nədən və haradan qaynaqlandığını belə izah edib: "Allahşükür Paşazadə bu günlərdə demişdi ki, məscidlərdə iftar süfrəsi zamanı siyasi söhbətlər etməyə imkan verilməyəcək. Gəncədəki olay da yerli hakimiyyətin sırf əndişəsindən, qorxaqlığından qaynaqlanır. Görün dünyanın harasıdır ki, mağarı da şərtlə qurmağa icazə verirlər ki, içəridə siyasi söhbətlər etmək olmaz və camaat gələndə onlara heç bir söz demə. Yaxşı, mənə "Allah öləninə rəhmət eləsin” deyənlərə deməyim ki, evinizə şadlıq apar?

…Gəncənin axundu Seyid Tahir Qarabağinin qardaşı var, polisdi, o, başının dəstəsiylə gəlmişdi. Özü də məqsədləri qarşıdurma yaratmaq idi, ancaq imkan vermədim”.

Jurnalistin "Cəmiyyətdə hamının gözlədiyi barış mühitindən hətta bu Ramazan günlərində istifadə edilmədi, bəla burasındadır ki, heç müxalifətin öz daxilində də vəziyyət fərqli deyil. Tutaq ki, niyə Milli Şura bir iftar süfrəsi təşkil edib həmin qurumda olmayan digər müxalif liderləri də bir araya gətirmir, buna da hakimiyyət imkan vermir” sualına cavabında İ.Həmidov deyib ki, bizdə iftar şüfrələri də şöhrət-şan üçün verilir: "İftar məclisləri kasıb-kusuba, əlsiz-ayaqsıza verilər, boynuna örkən dolanmayan harınlara yox. Bu gün Şeyx görün kimlərə iftar süfrəsi açır. Bunu Allah qəbul edərmi heç? Heç vaxt qəbul eləməz. Müxalifətə gələndə isə heç araşdırmısınız ki, onların neçəsi oruc tutub, namaz qılır? Çox cüz hissəsi, belələrinə nə iftar?”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA