Rəsul Quliyev: "Seçkidə iştirak edəcəyəm və udacağam"

img

31-07-2013 [10:51]


"Ölkəyə qayıda bilsəm, seçkidə iştirak edəcəyəm və udacağam, mənə vahid namizəd olmaq lazım deyil”. Bu fikirləri Milli Məclisin sabiq sədri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev qarşıdakı prezident seçkilərində mümkün iştirakına dair Modern.az saytının suallarını cavablandırarkən bildirib. Eks-spiker iddia edib ki, Azərbaycana qayıdacağı təqdirdə seçkilərə qatılıb, qalib gəlmək əzmindədir.

R.Quliyev həmçinin Milli Şura üzvlərini mübarizə aparmağa səsləyib: "Mənim namizədliyimi irəli sürmək məsələsinə gəldikdə, "heç bir bazası olmayan” ifadəsi demoqoqiyadan başqa bir şey deyildir. Mən artıq "Rüstəm İbrahimbəyov nəyə görə vahid namizəd olmalıdır və o, qeydiyyata alınmasa, seçkilərin keçirilməsinə imkan vermək olmaz” kimi fikirlərimi dəfələrlə söyləmişəm. Azərbaycanda azad seçki keçirmək uğrunda mübarizə aparmaq lazımdır və ölkəyə qayıda bilsəm, seçkidə iştirak edəcəyəm və udacağam, mənə vahid namizəd olmaq lazım deyil”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA