30-07-2013 [17:53]
Bu sözləri daxili işlər nazirinin müavini Oruc Zalov bu gün MSK tərəfindən təşkil olunan seminarda məruzə ilə çıxış edərkən bildirib. Nazir müavini bildirib ki, həmin qurğular vasitəsi ilə hadisələrin vaxtında qarşısının alınması, profilaktiki tədbirlərin görülməsi üçün operativ sürətdə müdaxilə imkanları var. Bnun nəticəsində bir çox cinayətlərin qarşısı alınır və ya baş vermiş ayrı-ayrı xoşagəlməz hadisələrin üstü dərhal operativ açılır:
"Prezident seçkiləri ərəfsində polisin öz üzərinə düşən vəzifələrdən biri də məhz sabitliyin qorunub saxlanılması, insanların hüquqlarının qorunması, istər seçicilərin, istərsə də bu gün prezidentliyə namizədlərin, istər parlament seçkiləri ərəfəsində Milli Məclisə namizədlərin hüquqlarının qorunması üzərində qurulub. Müvafiq qanunlarına uyğun olaraq polis bu il keçiriləcək prezident seçkiləri ilə bağlı artıq tədbirlər planı hazırlayıb. MSK-nın nümayəndələri ilə birlikdə artıq regionlar üzrə polis rəislərinin, rəis müavinlərinin, sahə ərazi inspektorlarının və bu sahəyə cəlb olunan bütün rəhbər heyətin iştirakı ilə seminar məşğələlər keçirilir.
Onların maariflənməsi, daha ciddi səmərəli fəaliyyət göstərməsi qarşısında duran vəzifələrin narazılıq baş vermədən həlli, MSK-nın qoyduğu qaydalar üzrə DSK, MSK ilə işin qurulması, və bu sahədə qarşıya çıxan problemlərin həlli barədə müşavirələr keçirilir. Orada sizinlə birlikdə bizim nümayəndlər iştirak edir. Bütün bu seminarlarda sizi və bizi maraqlandıran məsələlər birlikdə müzakirə olunur. Prezident seçkiləri ilə bağlı aparılan kampaniya dövründə polis orqanları tərəfindən sabitliyin əmin amanlığın qorunması hüquq qaydaları və asayişin pozulmasının qarşısının alınması üçün konkret tədbirlər planı hazırlanıb. Bunlar həyata keçiriləcək”. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi seçicilərin səsvermə hüququnun təmin edilməsi üçün onların hər birinin şəxsiyyət vəsiqəsi ilə təmin olunmasını ciddi nəzarətdə saxlayır. Hətta çalışırıq ki, səsvermə gününə 2-3 gün qalmış belə, adı seçicilər siyahısında olan vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə təmin edilsin. Hesab edirəm ki, burada da ciddi problem olmayacaq. DİN istəyir ki, seçkilərdə iştirak edəcək seçicilərin - vətəndaşların hər birinin hüququ təmin edilsin. İnanıram ki, biz bu işi elə yüksək səviyyədə keçirəcəyik ki, bir çox ölkələrdə bunu etmək mümkün deyil. O.Zalov deyib ki, seçkilər zamanı seçicilərin və bu prosesi həyata keçirən şəxslərin təhlükəsizliyi tam təmin ediləcək:
"Polis əməkdaşlarının seçkinin gedişatına müdaxiləsinin baş verməməsi təmin ediləcək. Polis yalnız hər hansı xoşagəlməz hadisə baş verdikdə komissiya sədri onları dəvət edərsə, məntəqəyə girə bilər".
Zalov vurğulayıb ki, nəzarət etdikləri ərazilərdə hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün kifayət qədər texniki vasitələrə malikik və həmin əraziyə dərhal operativ polis naryadları göndərilib profilaktik tədbirlər aparılacaq:
"Seçki məntəqə və dairələri mühafizəyə götürüləcək ki, heç bir müdaxilə olmasın. Polis əməkdaşları yalnız seçki komissiyasının üzvləri məntəqəyə gələndən sonra oranı tərk edəcək və heç bir müdaxilə olmadan öz xidmətlərini kənarda davam etdirəcəklər. Yalnız bir formada seçki məntəqələrinə daxil ola bilərlər ki, komissiya sədri rəsmi qaydada müracət edib polisi ora hər hansı bir xoşagəlməz hadisə ilə əlaqədar dəvət etsin. Yanız bundan sonra polis naryadları, ərazinin sahə rəisi və ya hadisəyə uyğun olaraq digər xidmət əməkdaşları ora daxil olub yerində araşdırma apara bilərlər".
Nazir müavini sonda qeyd edib ki, sabah - iyulun 31-də daxili işlər naziri Ramil Usubovun iştirakı ilə nazirlikdə növbəti kollegiya iclası keçiriləcək. Bu iclasda seçkilərə hazırlıq də prioritet məsələlərdən biri olacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi