Vasif Talıbov iftar süfrəsi açdı

img

30-07-2013 [17:43]


 Vasif Talıbov iftar süfrəsi açıb. Ali Məclisinin sədri iftar mərasimində çıxış edərək, İslam dünyasında Ramazan ayının xüsusi yeri olduğunu bildirib.

"Bu ayda tamamlanan "Qurani-Kərim” Yer üzündə 1 milyarddan çox insanın iman gətirdiyi böyük qüdrət və ilahi qüvvət mənbəyidir. Müsəlmanlar bu ayda həmrəyliyi möhkəmlədir, mənəvi dünyamızı daha da zənginləşdirirlər. Azərbaycan xalqı da bütün dövrlərdə Ramazan ayının mənəvi üstünlüklərini yaşadaraq, həmişə yüksək dəyərlərə sədaqət göstərib. İnsanların mənəvi tərbiyəsi sahəsində Ramazan ayının mühüm rolu olub. Muxtar respublikada da dini və mənəvi dəyərlərin qorunub yaşadılmasına, İslamın müqəddəs ayin və bayramlarının qeyd edilməsinə xüsusi diqqət yetirilir – deyən Ali Məclisin sədri muxtar respublika əhalisinə və mərasim iştirakçılarına ən xoş arzularını çatdırıb. 

 Sonra mərasimdə "Qurani-Kərim”dən ayələr oxunub, arzu və niyyətləri ifadə edən dualar səslənib(bizimyolinfo.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA