Əli Əhmədov Mikayıl Cabbarovun əmrini geri oxutdu

img

30-07-2013 [17:12]


Bu ilin may ayının 16-da vəzifəsindən azad olunan Bakı Humanitar və İqtisadiyyat Kollecinin direktoru yenidən postuna qaytarılıb.

 Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, yeni nazir Mikayıl Cabbarovun əmri ilə kollecin direktoru, eyni zamanda, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev digər bir neçə nəfər vəzifəli şəxsin işdə yol verdikləri nöqsanlarla bağlı vəzifələri bir pillə aşağı salınıb. Lakin Bilman Vəliyev bununla barışmayıb. O, hətta «mən belə vəziyyətdə işləyə bilmərəm», - deyərək, yeni nazirə üsyan da edib.

 Bu günlərdə YAP Abşeron rayon təşkilatının sədrinin üzərinə «günəş» doğub. Belə ki, vəziyyətə müdaxilə edən YAP sədrinin müavini Əli Əhmədov yeni nazirin əmrini geri oxutdurub: «Əli Əhmədov rayon təşkilatının sədrinin müdafiəsinə qalxaraq, Mikayıl Cabbarovu geri çəkilməyə məcbur etdi. Artıq Vəliyev direktor kimi vəzifəsinin başındadır».

 Fakt kollecdən təsdiqlənib. Bildirilib ki, Vəliyev yenidən direktor postuna geri qaytarılıb. Amma bu məsələdə Əli Əhmədovun rolundan xəbərsiz olduğu da deyilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA