Nabranda ayağı qopan İmrandan yeni xəbər var

img

30-07-2013 [16:28]


"Hazırda İmran əməliyyatdadır. Bu cərrahiyə deyil, müayinə xarakterlidir. Bu proses başa çatdıqdan sonra həkimlər konsilium keçirəcək. Səfirliyin əməkdaşları da bu prosesdə iştirak edəcək. Yalnız bundan sonra dəqiq fikir deyə biləcəyik”.

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Rizvan Nəbiyev deyib.

R.Nəbiyev İmranın bugünkü vəziyyəti ilə bağlı dəqiq məlumatı bir neçə saata biləcəklərini dedi.

Xatırladaq ki, iyulun 21-də Xaçmaz rayonunda yerləşən "Nabran Holiday Village” akvaparkının hovuzunun nasos sistemi İmran Cəfərzadəyə ağır xəsarət yetirib. Trubanın ağzında qoruyucu barmaqlıq olmadığından uşaq sağ ayağının dizdən aşağı hissəsini və sol ayağının dabanını itirib. Prezident İlham Əliyev İmranın müalicəsinin dövlət hesabına təmin edilməsi ilə bağlı göstəriş verib. İki yaşlı İmran Cəfərzadə iyulun 25-də Berlinin ən yaxşı klinikalarından biri olan "Charite"də əməliyyat olunması üçün Almaniyaya yol salınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA