Rüstəm İbrahimbəyov hələ Tiflisə gəlməyib

img

30-07-2013 [16:05]


Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının üzvləri Tiflisin Vere Palas otelinə toplaşmaqdadır. Hələlik Milli Şura sədri Rüstəm İbrahimbəyov Tiflisə çatmayıb. 

Onun hərəkət etdiyi Moskva-Tiflis uçağı yerli vaxtla saat 16.30-da Tiflisə enir. Bakıdan gələn 15 nəfərlik nümayəndə heyətinin bir hissəsi isə artıq Tiflisdədir. Qeyd edək ki, Milli Şura üzvlərinin bir hissəsi, avtomobil, digər bir qrup isə dəmir yolu ilə Tiflisə gəlib.


Müsavat başqanı İsa Qəmbər, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov, komissiya sədrləri Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Mehman Əliyev isə yaxın bir saatda Tiflisə çatacaq. Onları gətirən Bakı-Tiflis təyyarəsi saat 15.00-da enir. Milli Şura üzvlərinin "Yeni Müsavat”a verdiyi xəbərə görə, Milli Şuranın fövqəladə toplantısı saat 18.00-da (Bakı vaxtı ilə 19.00-da) başlayacaq.

Bəlli olduğu kimi, bu gün Tiflisdə Milli Şura üzvlərinin toplantısı keçiriləcək. Yığıncaqda Milli Şura sədri Rüstəm İbrahimbəyov da iştirak edəcək.

musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA