«Lider» telekanalı ilə «Bankstandard»ın pul qalmaqalı başlayır - Məhkəmə

img

30-07-2013 [15:56]



Ölkənin prestijli banklarınan sayılan "Bank Standard” «Lider» telekanalını məhkəməyə verib. Səbəb isə telekanalın aldığı krediti ödəməməsidir.

 Bu barədə mia.az-a daxil olan məlumatda kreditin məbləğini tam dəqiqləşdirmək mümkün olmasa da, aydın olub ki, telekanal sözügedən bankdan iri məbləğli kredit götürüb. Lakin sonradan kredit müqaviləsi üzrə əsas borcun hesablanmış faizlərin ödənilməsində ciddi problemlər ortaya çıxıb.

 Aldığımız məlumata görə, bank rəhbərliyi «Lider» kanalına müəyyən güzəştlər etsə , sonradan ortaya çıxan problemlər sərt addımlar atmaq məcburiyyətə çevirilib: «Telekanalın ödəmələri gecikdirməsi ya bəzi aylar ödəməməsinə "Bank Standard”ın rəhbərliyi dəfələrlə göz yumsa da, sonradan bunun mümkünsüz olduğu üçün müqaviləyə uyğun sərt addımlar atmağa başladılar. Bank ödəmələri gecikdirməsinə görə telekanala əlavə cərimələr tətbiq etdi. Ancaq bu da telekanalın ödəmələri tezləşdirməsinə implus vermədi. Buna görə bank kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi məqsədiylə məhkəməyə üz tutdu».

 Məlumata görə, bankın iddiasına 1 saylı Bakı İnzibatiİştisadi Məhkəmədə baxılıb hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırılır: «Hazırda bankla telekanal arasında borc mübahisəsinə Bakı Apellyasiya Məhkəməsində hakim Nurrəddin Mustafayevin sədrliyi ilə baxılır. Hakim üzrə  avqustun 1-də növbəti proses keçirəcək. Yəqin ki, həmin günü şikayətlə bağlı qərar elan olunacaq».

 Məsələ ilə bağlı qarşı tərəflərin münasibətini dinləməyə hazırıq.

span lang="AZ-LATIN" style="mso-ansi-language:EN-US"/span

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA