Azərbaycanda polislərə yeni maşınlar verilir

img

30-07-2013 [15:20]



Azərbaycana Dövlət Yol Polisi üçün yeni avtomobillər – Koreya istehsalı olan KİA Sorento markalı avtomobillər gətirilib.


Lent.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, polis polkovnik-leytenantı Kamran Əliyev bildirib ki, yeni avtomobillər əsasən yol polisinin regional bölmələri arasında paylanılacaq. "Avtomobillərdə cərimələrin yerində ödənilməsi üçün POS-terminallar və elektron məlumat bazalı kompyuterlər yerləşdiriləcək” – deyə, o qeyd edib.

Gətirilmiş avtomobillərin sayı barədə sualı cavablandıran K.Əliyev bildirib ki, bu informasiya hələ açıqlanmır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA