Partiya sədri Rüstəm İbrahimbəyovu təhdid etdi

img

30-07-2013 [13:01]



Milli Şuranın prezidentliyə namizədi, hazırda ölkədən xaricdə olan və yaxın günlərdə Azərbaycana dönəcəyini vəd edən Rüstəm İbrahimbəyova iqtidaryönlü partiya tərəfindən açıq şəkildə təhdid gəldi.

Belə ki, Milli Dövlətçilik Partiyasının başqanı və İrəvan Mühacir Hökumətinin prezidenti Sabir Tarverdiyev ölkədə böyük maraq doğuracaq bəyanatla çıxış edib. 

 Partiyanın mətbuat xidmətindən mia.az-a daxil olan bəyanatda son aylar Azərbaycandakı proseslərdən tutmuş, ölkə prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasətimizdəki uğurlara toxunulub və 2013 prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezidentin yenidən namizədliyinin qətiyyətlə dəstəklənəcəyi bir daha vurğulanıb.

 Daha sonra bəyanatda Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyova da sərt xəbərdarlıq edib. Bəyanatda sədr Sabir Tarverdiyevin adından bildirilib ki, R.İbrahimbəyovu Bakıya dönməyə peşman edəcəklər: 

 «Mən, uzun illərdir xeyriyyəçiliklə məşğul olan bir partiyanın sədri və İrəvan Mühacir Hökumətinin rəhbəri olaraq, ona qəti   xəbərdarlığımı edir və məsləhət görürəm ki, Bakıya gəlməsin. Onun diqqətinə çatdırıram ki, partiya və İrəvan Mühacir Hökumətinin rəhbəri olaraq, 10 minlərlə hiddətlənmiş üzvlərimizin qarşısını almaqda çətinlik çəkirəm.  Bu səbəbdən ölkəmizdə xoşagəlməz vəziyyətin yaranmaması üçün ona son sözümüzü deyirəm. Bəsdir, bu yaşında kimlərinsə oyuncağı olmaqdan, ölkəmizdəki sabitliyi pozmaq və digər təxribat xarakterli əməllərindən əl çək. Əks halda, Heydər Əliyev Hava Limanında AzMDP və İrəvan Mühacir Hökumətinin 10 minlərlə üzvü sənə bu günədək yaşamadığın ən ağır anları yaşadacaq».

 Milli Dövlətilik Partiyası və İrəvan Mühacir Hökumətinin birgə bəyanatında İbrahimbəyovun tərəfdarlarına da çağırış edilib: «Ağıllı olun! Nə bu ölkə, nə onun rəhbərliyi, nə də xalqı 90-cı illərin əvvəllərində olduğu səviyyədə deyil. Siz və Sizin kimilərin Azərbaycanda çaxnaşma yaratmaq cəhdləri əsla və əsla fayda verməyəcək. Sizləri bu dövləti, bu iqtidarı sevən, onun prezidenti möhtərəm İlham Əliyev cənablarına sonsuz sadiq olan milyonlar bir hayqırtısı ilə «iflic»lik edər. Buna əmin olun və bilin ki, qarşınızda nəinki 10 milyonluq Azərbaycan xalqı, hətta dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyona yaxın soydaşımız durub, duracaq. Odur ki, ayılın, yolun yarısından dönməkdə fayda var. Gəlin, bu peşmançılıq güzəştindən yararlanın. Əks halda, ölkəmizi, millətimizi kiminsə qulu etmək istiqamətində apardığınız bu iyrənc və rəzil siyasətiniz sizi öz doğmalarınızın yanında da bihörmət edəcək».

 Sonda isə Sabir Tarverdiyev öz tərəfdarlarına da səslənib: «Bilirəm, İbrahimbəyov kimilərin hərəkətləri sizləri kəskin hiddətləndirib. Nə olursa olsun, səbrli davranın. İnanıram, bu bəyanatımız İbrahimbəyovu götür-qoy etməyə məcbur edəcək. Yox, əgər o, bu bəyanatımızdan nəticə çıxarmasa, sizin önünüzdə olacam. Və Hava Limanında onu necə lazımdırsa, o cür qarşılayıb, geri göndərəcəyik».

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA