İcra başçısı Rövnəq Abdullayevə qalib gəldi - Məhkəmə baxışı

img

30-07-2013 [12:01]



Dövlət Neft Şirkətinin rəhbərliyi Bakının neftlə zəngin rayonlarından biri olan Suraxanı rayonunun icra başçısı arasında məhkəmə çəkişməsi Bakı Apellyasiya Məhkəməsində sona yetib.

 Bu barədə mia.az-a daxil olan məlumata görə, Dövlət Neft Şirkəti İlqar Abbasovun rəhbərlik etdiyi Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia qaldırıb. Şirkət rəhbərliyi icra başçısını neft ərazisi üzrə qanunsuz sərəncam verməkdə ittiham edib. Bununla bağlı iddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb. Və bu məhkəmənin qərarı ilə icra başçısı haqlı duruma çıxıb».

 Məlumata görə, bu məhkəmənin çıxardığı qətnamədən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsində hakim Hilal Xəlilovun sədrliyi ilə araşdırılıb: «Hakim Hilal Xəlilov Dövlət Neft Şirkətinin sərəncamın, plan və ölçünün etibarsız hesab edilməsindən bəhs edən şikayəti üzrə iyulun 24-də qərarını açıqlayıb. O, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarını ləğv edərək, işə yenidən baxılması üçün geri qaytarıb».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA