Milli Şuranın Gürcüstanda nümayəndəliyi yarandı

img

29-07-2013 [23:04]


Avropa ölkələrindən, o cümlədən də Ukrayna və Rusiyadan sonra qonsu Gürcüstanda da Azərbaycanda yaradilmis MŞ-nin nümayəndəliyi təsis olunub. 

Mia.az Musavat.com-a istinadən xəbər verir ki, Tiflisdə baş tutan təsis yığıncağında Milli Şuranın Gürcüstan numayəndəliyinin beş nəfərdən ibarət təşəbbüs qrupu, sədr və digər məsul vəzifələrə üzvlər seçilib. Milli Şuranin Gürcüstan nümayəndəliyinin mətbuat xidmətindən sayta verilən məlumata görə, nümayəndəliyin sədri, Azərbaycan vətəndaşı, Ivane Gavaxişvili adina Tiflis dövlət universitetinin hüquq fakultəsinin beşinci kurs tələbəsi Orxan Əliyev seçilib. Gürcustan vətəndaşı, Böyuk Birlik təşkilatının sədri Əsəd Əlıyev isə icra aparatının rəhbəri seçilib.


Təsis yığıncağında rəhbər kadrların seçilməsi ilə yanaşı, Milli Şuranın lideri Rüstəm İbrahimbəyovun və Milli Şura uzvlərinin Gürcüstana səfəri ve cari məsələlər müzakirə olunub. Xəbərdə bildirilir ki, təşəbbüs qrupu, Rüstəm İbrahimbəyovdan məsləhətlərini aldıqdan sona, öz gələcək fəaliyyət istiqamətini müəyyənləşdirəcək. Təşəbbüs qrupu, xususi olaraq vurğulayıb ki, Milli Şurada, əslən Gürcüstandan olan ziyalıların təmsil olunmaması, onları narahat edir; odur ki, Gürcüstan azərbaycanlıları Milli Şuranin Gürcüstan numayəndəliyindən təqdim edəcəyi nümayəndənin, Milli Şuraya üzv qəbul edilməsini Rüstəm İbrahimbəyov ve Milli Şuranin digər üzvlərindən xahiş edəcək. Azərbaycanda gürcüstanlılara qarşı aparılan repressiyalar, xüsusən Tofiq Yaqublunun qeyri - qanuni həbsi və polkovnik İsa Sadıxova qarşı qondarma cinayət işinin açılıb, onun axtarışa verilməsi, Gürcüstan azərbaycanlılarını hiddətləndirir.

Yaxın günlərdə Milli Şuranın Gürcüstan nümayəndəliyi öz yığıncağını keçirəcək, qəbul olunan qərarlar haqqında mətbuatı müntəzəm məlumatlandıracaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA