Azərbaycana 1 500 ədəd yeni sərnişin avtobusları gətiriləcək

img

29-07-2013 [21:59]



Yaxın illərdə Azərbaycana 1 500 ədəd yeni sərnişin avtobusları gətiriləcək. Bu avtomobillərin ölkəyə 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Yay Olimpiya Oyunlarına qədər gətirilməsi planlaşdırılır. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin başçısı Namiq Həsənov «APA-Economics»ə açıqlamasında bildirib ki, Azərbaycandakı mövcud avtobus parklarının yenilənməsi nəqliyyatda yeni, on-line ödəniş sisteminin tətbiqi ilə paralel həyata keçirilir.


Nazirlik nümayəndəsinin sözlərinə görə, bu avtobuslar əsasən Cənubi Koreya və Türkiyədən Azərbaycana gətiriləcək: «Bizim əsas prinsipimiz sərnişinlərin rahatlığı və təhlükəsizliyini təmin etməkdir».

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında paytaxta 340 ədəd yeni sərnişin avtobusları gətirilib. Son 5 il ərzində isə ölkəyə 3 471 ədəd yeni iri və orta tutumlu avtobuslar idxal olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA