Yol polisindən dayanacaq xəbərdarlığı gəldi

img

29-07-2013 [17:08]


Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib. BDYİP-nin ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, son dövrlərdə paytaxtda tıxacların qarşısının alınması, avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə Bakıda bir neçə yeraltı avtomobil duracağı yaradılaraq sürücülərin və avtomobil sahiblərinin istifadəsinə verilib.

Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi yeraltı duracaqların yerləşdiyi ərazilərdə, xüsusilə Azərbaycan, Azadlıq, Bülbül, Akademik Zərifə Əliyeva, Neftçilər prospekti, İstiqlaliyyət, Əziz Əliyev, Füzuli, Mirzəağa Əliyev, 28 May, Nizami, Xəqani, Səməd Vurğun, Rəşid Behbudov və paytaxtın digər mərkəzi küçə və prospektlərində nəqliyyat vasitələrini yolun hərəkət hissəsində park edən, eləcə də avtomobilləri səkilərdə saxlamaqla piyadaların normal hərəkətini çətinləşdirən sürücüləri bu duracaqlardan istifadə etməyə çağırır və dayanma, durma və parklanma qaydalarını pozmaqla nəqliyyat vasitələrinin, xüsusilə piyadaların rahat və fasiləsiz hərəkətinə mane olan avtomobil sürücülərinin bir daha nəzərinə çatdırır ki, bu qaydaların tələblərini pozan sürücülərin avtomobilləri təxliyə olunmaqla barələrində ciddi inzibati tənbeh tədbirləri görüləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA