“Yehovanın şahidləri” komitəyə qarşı iddia qaldırdı

img

29-07-2013 [14:19]


"Yehovanın şahidləri” dini icması onun üzvləri Muxtarov Roman Qəhrəman oğlu, Məmmədov Bəxtiyar Allahverdi oğlu və Tahirov Xaləddin Şərif oğlu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı iddia qaldırıb. Buna səbəb isə icmanın yerli şöbələrinin qeydiyyata alınmaması ilə yanaşı, tədbirlərinə problemlərin yaradılması dini ədəbiyyatların gətirilməsinə maneələrin yaradılması göstərilir.

 Bu barədə mia.az-a daxil olan məlumata görə, "Yehovanın şahidləri” dini icması ilə üzvlərinin iddiasına birinci instansiya məhkəməsində baxılıb: «İddiaya 2 saylı Bakı

İnzibati-İqtisadi Məhkəməsində baxılıb. Lakin bu məhkəmənin verdiyi qərar narazılıq yaratdığından şikayət verilib. İş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Hilal Xəlilovun sədrliyi ilə araşdırılır».

 Məlumata görər, hakim Hilal Xəlilov şikayət üzrə növbəti prosesi avqustun 30-na təxirə salıb».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA