29-07-2013 [13:42]
Rusiya prezidenti Vladimir Putinin İrana səfər edəcəyi ilə bağlı məlumatlar son günlər informasiya vasi-tələrinin əsas xəbərlərindən birinə çevrilib. Doğrudur, hələlik Rusiya tərəfi bu məlumatı rəsmən təsdiq-ləməsə də, ehtimal olunan səfər böyük diqqət cəlb edib.
Qeyd etmək lazımdır ki, Rusiya və İranın yüksək vəzifəli dövlət rəsmilərinin qarşılıqlı səfərləri tez-tez baş verməsə də, Moskva ilə Tehran arasında strateji müttəfiqliyə yaxın münasibətlər var. Rusiyanın Çinlə birlikdə BMT Təhlükəsizlik Şurasının İrana qarşı sərt hesabatın və buna uyğun kəskin sanksiya qə-bulunun növbəti dəfə qarşısını almasından cəmi bir neçə həftə keçir. Rusiyanın qarşısını aldığı həmin hesabatda deyilirdi ki, İran yeni ballistik raketlərin sınağını keçirməklə BMT Təhlükəsizlik Şurasının sank-siyalarını pozub. Moskva ilə Pekin isə bunu faktlara əsaslanmayan hesabat adlandıraraq, qəbul olunma-sına və müfaviq sanksiyaların tətbiqinə imkan vermədilər.
Rusiya ilə Qərb arasında münasibətlər getdikcə kəskinləşir və rəsmi Moskva anti-Qərb koalisiyasının mövcudluğunda çox maraqlıdır. Buna görə də Rusiya prezidenti Vladimir Putinin 6 ildən sonra İrana sə-fəri reallaşsa, regionda yeni proseslərin təməli qoyula bilər. Kəskin anti-Qərb bəynatları ilə İranla Qərb ölkələri arasındakı münasibətləri gərgin saxlayan Mahmud Əhmədinejatı islahatçı kimi tanınan Həsən Ruhaninin əvəz etməsindən sonra Rusiyanın Tehranın gələcək xarici siyasətinin konturları barəsində dəqiq bilgilər almağa çalışacağı da yüksək səviyyəli səfərləri gündəmə gətirir.
Əlbəttə, bütün dünyada olduğu kimi, Moskva da Tehranın xarici siyasətində kəskin dəyişikliklər olacağı-na inanmır. Bunun çox səbəbləri olsa da, əsas məqam İranla Qərbin maraqlarının bir-biri ilə kəskin zid-diyyət təşkil etməsidir ki, bu da hakimiyyətdəki şəxsin kimliyindən asılı olmayaraq, münasibətlərin yumşalmasına imkan vermir.
İkincisi, İranda real hakimiyyət Ali dini liderin əlindədir və prezident kürsüsündə kimin oturmasından asılı olmayaraq, Tehranın xarici siyasət kursunda ciddi dəyişiklik yarana bilməz. İslahatçı kimi tanınan Hə-sən Ruhaninin prezident seçkilərindəki qələbəsindən sonra Tehranın xarici siyasət kursunda dəyişiklik olacağına ümid bəsləyənlərin gözləntilərini İranın Ali dini lideri Seyyid Əli Xameneyi puça çıxardı. Belə ki, Xameneyi Əhmədinejatı prezidentlik müddətinin bitməsi ilə əlaqədar qəbul edərkən ABŞ-la danışıqla-rın, xüsusilə birbaşa və şərtsiz danışıqların mənasız olduğunu bəyan edib. İranın Ali dini lideri bildirib ki, ABŞ bir tərəfdən birbaşa və şərtsiz danışıqlardan söz açır, eyni zamanda, Tehrana qarşı sanksiyalar tət-biq etməyə çalışır.
Ekspertlər Ali dini liderin bu sözlərini yeni prezidentə mesaj kimi də qiymətləndirirlər. Ancaq bir çox ekspertlər deyirlər ki, H.Ruhaninin islahatçı obrazı həddindən artıq şişirdilir. Məsələ ondan ibarətdir ki, Həsən Ruhani İran rejiminin içindən çıxmış, uzun illər bu rejimin möhkəmlənməsinə çalışmış siyasətçi-lərdən biridir.
Uzun müddət Qərblə nüvə danışıqlarında İranın təmsilçisi olan Ruhaninin bir addım da güzəştə getmə-diyi, əksinə, Qərb diplomatlarını incəliklə aldadaraq vaxt udduğu məlumdur. Buna görə də, Ruhani pre-zident olduqdan sonra Tehranın xarici siyasətində kəskin dəyişikliklərin baş verəcəyinə ümid bəsləmək mənasızdır. Əlbəttə, Tehranın ritorikasında müəyyən dəyişiklər baş verəcək. Amma İran rejiminin xarici və daxili siyasətində ciddi dəyişikliklərin olması mümkünsüzdür. Bu səbəbdən, Rusiya-İran münasibət-lərində də ciddi dəyişiklik gözlənilmir.
İranın Rusiyaya ehtiyacı artıb
Putinin İrana 6 ildən sonra ilk səfəri baş tutsa, bu, bir sıra məsələlərdə Moskvanın istəyinin reallaşması-na səbəb ola bilər. Heç şübhəsiz, bu səfər zamanı Yaxın Şərq və Qafqaz regionu ilə bağlı məsələlər də danışıqların əsas mövzularından biri olacaq. Çox güman ki, Rusiya, Suriya məsələsində də İranla eyni mövqedə qalacağına vəd verəcək. İran üçün nüvə proqramı qədər önəmli olan Suriya məsələsində Ru-siyanın mövqeyi çox önəmlidir.
Heç kimə sirr deyil ki, Suriyada Bəşər Əsədin bu günə kimi hakimiyyətdə qalmasının əsas səbəbi Rusiya-nın siyasi, diplomatik və hərbi dəstəyidir. Məhz Rusiyanın dəstəyi Suriyanı xarici müdaxilədən xilas edib. Rusiya silahları olmadan isə Bəşər Əsədin hakimiyyətdə qalması mümkün deyildi. Suriya diktato-runa bağlı ordu məhz rus silahı sayəsində üsyançıların qarşısında duruş gətirir. Sərt sanksiyalarla üzləşən Suriya rejimi silahı əsasən Rusiyadan alır və Moskvanın bu dəstəyi olmasa, B.Əsəd rejimi üsyançıların qarşısında tab gətirə bilməz. Suriyada Bəşər Əsəd rejiminin devrilməsi isə İranın Yaxın Şərqə uzanan "ə-linin" kəsilməsi demək olardı. Bu da İranın regional güc statusunu itiriməsinə və hərbi müdaxilə ilə üz-ləşməsinə yol açardı.
Tehranın siyasi dairələrində gözəl anlayırlar ki, Suriyada Bəşər Əsəd rejiminin devrilməsi növbənin İrana çatması deməkdir. Bəşər Əsədi isə İran təkbaşına qorumaq gücündə deyil. Suriyanı hərbi müdaxilədən ancaq Rusiya qoruya bilər və Moskva bu günə kimi bu işin öhdəsindən asanlıqla gəlir. Əlbəttə, Rusiya Bəşər Əsədi İranın xatirinə qorumur və bunu özünün maraqları naminə edir. Bununla belə, Putinin İra-na səfəri reallaşacağı təqdirdə, Tehran Rusiyadan Suriya məsələsində əlavə yardımlar istəyə bilər. Lakin Suriya məsələsi olmadan da İranın Rusiyanın dəstəyinə böyük ehtiyacı var.
İranın nüvə siyasəti ətrafında Qərbin narahatlıqları günü-gündən artır və ən sərt sanksiyalardan Tehranı məhz Moskva qoruyur. Məhz Moskvanın BMT Təhlükəsizlik Şurasındakı dəstəyi İranı Qərbin diplomatik təzyiqlərindən müdafiə edir. Digər tərəfdən, Rusiyanın maddi-texniki və mütəxəssis dəstəyi olmadan İranın nüvə istehsalında böyük uğurlar qazanması da mümkünsüzdür. Bu iki məsələ ilə yanaşı Putinin gözlənilən səfəri zamanı Tehran Moskvadan başqa məsələlərdə də dəstək istəyə bilər. Çox güman ki, Putinin bu səfəri zamanı Tehran yenidən "S-300" Zenit-Raket Kompleksi ilə bağlı məsələni də gündəmə gətirəcək.
Məlum olduğu kimi, "S-300" raketlərinin İrana satılması üçün Moskva ilə Tehran arasında müqavilə olsa da, Rusiya bu günə kimi bu müqaviləyə əməl etməyib.
Xatırladaq ki, Dmitri Medvedevin prezidentliyi dövründə Moskva Qərbin təzyiqləri qarşısında davam gətirməyərək, "S-300" raketlərini İrana satmaqdan son anda imtina etmişdi. Tehran Moskvanı beynəl-xalq məhkəmə ilə hədələsə də, bu silahları ala bilməmişdi. Doğrudur, Moskva bunun əvəzində "Antey-2500" raketləri verəcəyini bildirir və ikincinin texniki göstəricilərinə görə birincidən geri qalmadığını qeyd edir. Ancaq görünür, bu silahlar arasında texniki fərq olmasa da, hərbi-siyasi fərq var. Yəni, Moskvanın dəstəyi kimə "S-300" raketlərini etibar etməsi ilə ölçülür. Buna görə də rəsmi Tehran məhz "S-300"-lə bağlı Putinin razılığını almağa çalışa bilər.
Bundan başqa, Tehran Buşehr Atom Elektrik Stansiyasının yeni reaktorlarının tikintisi ilə bağlı da Rusiya-dan kömək gözləyir. Rusiya isə İranın bunun üçün maliyyə imkanlarının yetərli olmayacağını düşünür və danışıqları uzadır. Putinin Tehrana səfəri bu məsələnin də həllinə səbəb ola bilər. Göründüyü kimi, İra-nın Rusiyanın dəstəyinə ehtiyacı artıb və Putinin bu səfəri Tehran üçün böyük əhəmiyyət kəsb edir.
Yeni Tehran anlaşması reallaşacaqmı?
Tehran Moskvanın dəstəyinə möhtac olduğu kimi, Rusiyanın da İranın köməyinə ehtiyacı var. Bu iki dövləti strateji müttəfiq halına gətirən də bir-birinə möhtac olmalarıdır. Rusiya Qərbin, ilk növbədə də ABŞ-ın Cənubi Qafqazda möhkəmlənməsini özünün milli maraqları üçün təhlükə hesab edir. Son 20 il ərzində ilk dəfədir ki, Rusiya Cənubi Qafqazda Qərblə təsir imkanlarını bərabərləşdirmək və hətta tə-şəbbüsü öz əlinə almaq imkanı qazanıb. Rusiya bu məqsədinə çatmaqda İrandan kömək istəyə bilər. Bundan başqa, Qərbin Yaxın Şərqdə, xüsusilə də Suriyada nəzarəti tam olaraq öz əlinə alması Moskva-nın maraqlarına təhlükədir və bu regionda da Rusiya İranla birgə hərəkət etməyə məhkumdur.
Rusiya prezidenti Putin Tehrana səfəri zamanı İran rəsmilərindən özünün Avrasiya İttifaqı ideyasının re-allaşmasına dəstək verməsini də istəyə bilər. İranın Cənubi Qafqaz ölkələri ilə yanaşı Orta Asiya respub-likalarına, xüsusilə də Tacikistana böyük təsiri var. Rusiya və Çinin söz sahibi olduğu Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmağa hazırlaşan İranın, Putinin Avrasiya İttifaqı ideyasına dəstək verməsi də mümkün-dür.
Onu da nəzərinizə çatdıraq ki, Putinin 6 illik fasilədən sonra Tehrana baş tutacaq səfəri zamanı Rusiya ilə İran arasında əldə edilə biləcək anlaşmaların təsirinə məruz qalacaq ölkələrdən biri də Azərbaycan ola bilər. Buna görə Azərbaycanın siyasi dairələri Putinin bu səfərinin görünən və görünməyən tərəflərinə diqqət yetirmək məcburiyyətindədir.
Putinin Tehran səfərinə gəmi vasitəsilə çıxması da Rusiya prezidentinin bu səfərinin protokol xatirinə atılmış addım olmadığını deməyə əsas verir. Putinin Xəzərin Azərbaycan və İran sahillərini görmək üçün gəmi ilə səfərə çıxmasına yalnız siyasətdən uzaq adamlar inana bilər. Putin bununla bu sahillərə nəzarə-tin onun əlində olmasını arzuladığını açıq nümayiş etdirir və Xəzərdə kənar dövlətlərin hərbi iştirakına dözməyəciyi mesajını verir. Belə görünür ki, Rusiya prezidentinin İrana gələn ayın ikinci ongünlüyündə planlaşdırılan səfəri regionda yeni siyasi vəziyyətin yaranmasına gətirib çıxaran proseslərin başlanğıcını qoya bilər. Moskva 70 il əvvəl Tehran konfransında qazandığı diplomatik qələbə sayəsində ikinci dünya müharibəsinin qalibinə və dünyanın super gücünə çevrilmişdi. Putinin Stalinin uğurunu təkrar edib-et-məyəcəyini isə yaxın zamanlarda görəcəyik.
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
İlham Əliyev Şamaxıda - FOTOLAR
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı