DSK sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başlayıb

img

29-07-2013 [11:39]



Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başlayıb.

Kursların açılış mərasimində çıxış edən MSK sədri Məzahir Pənahov tədbirin əhəmiyyəti haqda danışaraq bildirib ki, bu tədbir Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsi ilə əlaqədar təşkil olunub.


Açılış mərasimində Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov, ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay iştirak edir.

Açılış mərasimindən sonra isə "Seçki hüququnun konstitusion əsasları və onun həyata keçirilməsinin qanunvericilik mexanizmləri” mövzusunda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin, "Siyasi partiyaların və siyasi partiyalar bloklarının seçkilərdə (referendumda) iştirakının hüquqi əsasları” mövzusunda isə Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovun məruzələri dinləniləcək. Məruzələrdən sonra isə F. Abdullayev və Z. Əsgərov kurs iştirakçılarının suallarını cavablandırılacaqlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA