Eynulla Fətullayevlə Xədicə İsmayıl və Emin Milli yenidən üz-üzə: "Səni yerin dibindən də olsa, tapacam"

img

28-07-2013 [21:09]


"Azadlıq" radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılla "Meydan” TV-nin rəhbəri Emin Millinin "haqqin.az" və "virtualaz.org" saytlarının rəhbəri, hüquq müdafiəçisi Eynulla Fətullayevə yönəlik tənqid kəskin qarşılanıb.  

Mia.az DayPress.info-ya istinadən xəbər verir ki, hər iki şəxs "Facebook” səhifəsində hüquq müdafiəçisi ilə bağlı status paylaşıblar.

Xədicə İsmayıl bunları yazıb: "Eynulla Fətullayev daha bir biabırçılığa imza atdı. Tirajlamayacam. Amma onun azərbaycanca və rusca yaratdığı saytların hansı məqsədə xidmət etdiyini anlamayan varmı hələ? Bu saytları oxuyanın, onlara müsahibə verənin də ağlı və niyyətləri mənim üçün şübhəlidir. Qərarınızı verin məncə”.  

Xədicə İsmayılın bu sözlərindən sonra keçmiş vicdan məhbusu, hazırda Almaniyadan yayımlanan "Meydan" TV-nin rəhbəri Emin Milli də ona dəstək verib. "Hərdən düşünürəm ki, bir insanı nə ilə qorxutmalıdırlar ki, o belə iyrənc işlərlə məşqul olsun. Ola bilər ki, onu həbsdə ... (təhqir-red) və qorxudublar ki, onların dediklərini etməsə onun bu görüntülərini yaya bilərlər. Ona görə Eynullaya əsəbləşmək lazım deyil. Onun misalı əslində nə qədər bir iyrənc sistem tərəfindən idarə olunduğumuzun bir sübutudur. Amma özümüzü bu iyrənclikdən qorumalıyıq. Eynulla Fətullayevlə "Facebook”da dost olmaq iyrəncdir. Belələri olsa mənim dost siyahımda onları siləcəm. Ona intervyü verən, onunla danışan insan sadəcə özünə hörmət eləmir. Onun yaratdığı saytlar da iyrəncdir. Onları oxuyub yayanları da dost siyahısından siləcəm. Məndən intervyü almadığı halda bu insan mənim adımdan yalanlar yayır. İnsanların intim həyatına girir, nakişilik edir. Mənim Eynullaya yazığım gəlir. İstəməzdim ki, kimsə onun aqibətini yaşasın”, - deyə Emin Milli qeyd edib.

Eynulla Fətullayev Emin Milliyə haqqında yazdıqlarına cavab verib. O, E.Milliyə təhqiredici sözlər ünvanlayıb: "İlham Əliyevə tərcüməçilik edib, hakimiyyətin pullarını atan sən, türmədə Elton Quliyevin (red.vəkil) qabağında ağlayan sən, hökümətdən əfv diləyən sən... Anlayıram, Bakıya gəlməyə cürətin çatmır, ... (təhqir-red) qorxursan, amma zəng elə gəlim söhbətimizi çözək. Onsuz da səni yerin dibindən də olsa tapacam. İstənilən şəhərin adını de,... (təhqir-red) gəl orada görüşək səninlə. Bu sözləri sənə yedizdirəcəm".  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA