Deputat-rektor tikinti şirkətindən nə istəyir? - Məhkəmə qalmaqalı

img

28-07-2013 [17:04]



Deputat-rektor tikinti şirkətindən nə istəyir- Məhkəmə qalmaqalı 

Azərbaycan Dillər Universitetinin rektoru, deputat Səməd Seyidov tikinti şirkətini məhkəməyə verib. Rektor məhkəmədən şirkətin tikilisinin sökülməsini tələb edir.

Bu barədə mia.az-a daxil olan xəbərdə bildirilir ki, Azərbaycan Dillər Universiteti «TMT İnşaat» MMC və bu MMC-nin rəhbərliyinə qarşı qaldırdığı iddia ərizəsinə birinci məhkəmə instansiyasında baxılıb. Lakin mübahisə həll olunmayıb. Hazırda həmin məhkəmənin qərarından verilən şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır: «Səməd Səmədovun rəhbərlik etdiyi Azərbaycan Dillər Universitetinin rəsmi iddiaçı qismində çıxış etdiyi məhkəmə işi hazırda Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Dəmirovun sədrliyi ilə araşdırılır. İş üzrə iyulun 31- iclas saatı təyin edilib. Həmin günü universitetin «TMT İnşaat» MMC-dən qanunsuz tikilinin sökülməsi tələbi ilə bağlı proses davam etdiriləcək».

 Məsələ ilə bağlı tərəflərin mövqeyini dərc edə bilərik.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA